Neftlə bağlı bütün diqqət OPEC+ iclasındadır
İnvestorların 2024-cü ildə bazar balansını formalaşdıracaq tədarük siyasəti ilə bağlı OPEC+ iclasını səbirsizliklə gözləyirlər. Həmçinin zəif ABŞ dolları əmtəələri daha cəlbedici edib.Brent nefti cümə günü 4 faizdən çox bahalaşdıqdan sonra bu gün də 0,8% dəyər qazanaraq bareli 81,26 dollara çatıb (saat 09:40-a olan məlumat). ABŞ xam nefti də 76 dolların üzərində ticarət edilir.
Marja xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqlərinin qlobal xammal bazarını nəzərdən keçirmək və gələn il üçün prioritetləri müəyyən etmək üçün həftə sonu iclası planlaşdırılır. Neft qiymətləri aşağı düşdüyü üçün tədarük məhdudiyyətlərinin uzadılacağı gözlənilir.
"Biz Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü ixtisarlarını uzadacaqlarını gözləməkdə davam edirik. Ancaq daha az aydın olan daha geniş OPEC+ qrupunun hasilatlarını daha da ixtisar edib-etməyəcəyidir", - ING Group-un Əmtəə Strategiyasının rəhbəri Warren Patterson bildirib.
İsrail-Həmas müharibəsinin yaratdığı müharibə riski xeyli azaldığından və OPEC+ üzvü olmayan ölkələrdən də daxil olmaqla, güclü tədarüklə bağlı işarələr artdığından, son bir ay ərzində xam neft ucuzlaşıb.
Eyni zamanda, xam neft ABŞ dollarının zəifləməsindən dəstək alır. Bloomberg-in dollar göstəricisi 0,2 faiz azalaraq avqustun sonundan bəri ən aşağı bağlanışa doğru gedir. Bu, əmtəəni əksər xarici alıcılar üçün daha cəlbedici edir.
Yaxın Şərqdə Yaponiyadan icarəyə götürülmüş gəminin Qırmızı dənizdə İranın dəstəklədiyi Husi üsyançıları tərəfindən ələ keçirilməsindən sonra gəmiçilik riskləri ön plandadır. Bazar günü Galaxy Leader gəmisi husilər tərəfindən qaçırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























