OPEC+ iclasının təxirə salınması fonunda neft qiymətləri 4%-dən çox düşdü
Brent markalı neftin bir barreli 78,62 dolları görüb.Londonun ICE birjasında Brent və WTI markalı neftin qiymətləri 4% düşüb.
Marja.az xəbər verir ki, buna OPEC+ iclasının noyabrın 30-na təxirə salınması səbəb olub.
Brent markalı neftin bir barelinin qiyməti 4,58% azalaraq 78,62 dolları, WTI markalı neftin bir barreli 4,77% düşərək 74,05 dolları görüb.
Çərşənbə günü OPEC+ istehsalçılarının bazar günü planlaşdırılan hasilatla bağlı iclası gözlənilmədən təxirə salması, xam neft hasilatının azaldılmasının gələcək kursu ilə bağlı suallar doğurduğu üçün neft qiymətləri 4% azalıb. OPEC+ toplantısında artıq hasilatı 2024-cü ilə qədər məhdudlaşdıran sazişə əlavə dəyişikliklərin müzakirə ediləcəyi gözlənilirdi. Səudiyyə Ərəbistanının digər üzv ölkələrin hasilat ilə bağlı narazılığını ifadə etdikdən sonra OPEC+ iclası təxirə salınıb.
Analitiklər proqnozlaşdırmışdılar ki, OPEC+ neft hasilatının azaldılmasını uzada və ya hətta dərinləşdirə bilər.
Analitiklər bildirir ki, qarşıdan gələn görüş, ABŞ-ın xam neft ehtiyatlarının kəskin şəkildə artması ilə əlaqədar olaraq, neft qiymətləri üçün əsas diqqət mərkəzindədir. Qiymətləri dəstəkləmək üçün OPEC və onun müttəfiqləri hasilatın azaldılmasını nəinki uzatmalı, həm də azaldılan həcmi artırmalıdırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























