Rusiyada birjanın müflis elan olunduğu xəbəri yayıldı, səhmləri çökdü
Sankt-Peterburq birjası müflis elan edilməsi ilə bağlı məlumatları təkzib edir.Bu səhər Telegram kanalları Rusiyanın Sankt-Peterburq Birjasının (SPB Exchange) müflis elan edildiyi barədə xəbər yayıblar.
Marja.az-ın məlumatına görə, xəbərdə qeyd edilib ki, bu barədə Moskva Arbitraj Məhkəməsinin sənədlərində qeyd olunub.
Sankt-Peterburq Birjasının qiymətli kağızları iflasla bağlı məlumatlar fonunda 34.9% ucuzlaşıb.
Sankt-Peterburq birjası bildirib ki, o, müflis olmaq üçün müraciət etməyib və sabit maliyyə vəziyyəti var.
Sankt-Peterburq birjasının səhmləri müflis olması barədə məlumatın Birja tərəfindən təkzib etməsindən sonra bərpa olunmağa başlayıb.
ABŞ Maliyyə Nazirliyi Sankt-Peterburq Birjasını sanksiyalar siyahısına daxil edildiyini elan etdikdən sonra birja noyabrın 2-də xarici qiymətli kağızlarla ticarəti dayandırıb.
Rusiya Bankının sədri Elvira Nabiullina bildirimişdi ki, Sankt-Peterburq Birjasında aktivlərin bloklanması ən çox ixtisaslı investorlara təsir edib.
Noyabrın əvvəlində Sankt-Peterburq Birjası Amerika sanksiyalarının bloklanmasına məruz qalıb ki, bu da ticarət platformasının dollar sistemindən və bu valyutada ifadə olunan aktivlərdən tam təcrid olunması deməkdir (birjanın əsas ixtisası xarici qiymətli kağızlarla ticarətdir). Sankt-Peterburq Birjası sanksiya siyahısına daxil edildikdən sonra platformada ticarət dayandırıllb, indi investorların yalnız Rusiya qiymətli kağızları ilə əməliyyatlara çıxışı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
10 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























