Özbəkistan və Səudiyyə Ərəbistanı arasında 12 milyard dollarlıq sazişlər imzalanıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Özbəkistanla Səudiyyə Ərəbistanı arasında çoxşaxəli əməkdaşlığın və tammiqyaslı tərəfdaşlığın, o cümlədən ən yüksək səviyyədə razılaşmaların qeyd-şərtsiz praktiki həyata keçirilməsinin daha da genişləndirilməsinin cari məsələləri müzakirə edilib.
Səfər zamanı kimya, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair 12 milyard ABŞ dollar dəyərində sazişlər imzalanıb.
Özbəkistanın müxtəlif regionlarında iri enerji layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin nəqliyyat infrastrukturu və kommunal xidmətlər, geologiya, irriqasiya, məişət tullantılarının emalı, ali təhsil, əmək miqrasiyası sahələrində ümumi dəyəri 11 milyard ABŞ dolları olan yeni layihə və proqramların təşviqi ilə bağlı razılıq əldə olunub.
Özbəkistanda “yaşıl enerji”nin inkişafında ən böyük investor və strateji tərəfdaş olan “ACWA Power” şirkəti ilə səmərəli tərəfdaşlıq xüsusilə vurğulanıb. Hazırda bu şirkət 7,5 milyard ABŞ dolları dəyərində layihələr həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























