Türkiyədə işsizlik son 11 ilin ən aşağı səviyyəsinə düşüb
Türkiyə Statistika Komitəsi (TÜİK) oktyabr ayı üzrə işsizlik statistikalarını açıqlayıb.
Marja.az TÜİK-ə istinadən xəbər verir ki, yaşı 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2023-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə 163 min nəfər azalaraq 2 milyon 961 min nəfərə düşüb. İşsizlik səviyyəsi 0,5 bənd azalaraq 8,5 faiz təşkil edib. İşsizlik səviyyəsi kişilər üzrə 7 faiz, qadınlar üzrə isə 11,3 faiz təşkil edib.
Beləliklə, Türkiyədə işsizlik səviyyəsi 5-ci ayda birrəqəmli olaraq qalıb. Digər tərəfdən, işsizlik nisbəti oktyabr ayında 2012-ci ilin noyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.
2023-cü ilin oktyabr ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 246 min nəfər artaraq 31 milyon 835 min nəfərə, məşğulluq səviyyəsi isə 0,3 bənd artaraq 48,5 faizə çatıb. Bu göstərici kişilərdə 65,8 faiz, qadınlarda isə 31,6 faiz təşkil edib.
İşçi qüvvəsi 2023-cü ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə 83 min nəfər artaraq 34 milyon 796 min nəfərə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI






























