Ukrayna Avropa İttifaqını ölkəyə 50 milyard avro ayırmağa çağırıb
Avropa İttifaqı (Aİ) Ukraynaya 50 milyard avro ayırmaq qərarına gəlməsə, ölkə "yaşayıb-yaşamamaq astanasında" qalacaq və bunu bütün Avropa İttifaqının uğursuzluğu kimi qiymətləndirəcək.
Marja.az xəbər verir ki, bunu “Financial Times” Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişinanın sözlərinə istinadən yazır.
"50 milyard avro ilə bağlı qərar olmasa, müvəqqəti həll yolu ola bilər"- Stefanişina bildirib.
Baş nazirin müavini onu da aydınlaşdırıb ki, indiyədək Kiyevə 50 milyard avroluq yardım paketinin verilməsi ilə bağlı heç bir təminat alınmayıb. Onun sözlərinə görə, istənilən alternativ Ukraynanın sabitliyini riskə atır.
Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi ilə bağlı razılığa gələ bilməməsi və onun bloka üzvlüyü ilə bağlı danışıqların təxirə salınması Kiyev tərəfindən “bütün Aİ-nin uğursuzluğu” kimi qiymətləndiriləcək.
Macarıstan hazırda Avropa Sülh Fondundan Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın səkkizinci tranşını, həmçinin 2024-2027-ci illər üçün Aİ-nin Kiyevə hərbi (20 milyard avro) və makromaliyyə (50 milyard avro) yardım paketlərini bloklayır.
Daha əvvəl məlumat verilmişdi ki, Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün 900 milyon dollar məbləğində tranşı təsdiqləyib. Maliyyə yardımı paketinin 2023-cü ildə büdcə kəsirinin ödənilməsinə yönəldiləcəyi dəqiqləşdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























