Müğənni rekord gəliri ilə Ginnesin Rekordlar Kitabına düşdü
Müğənni Teylor Svift Dünya turunda 1 milyard dollar gəlir əldə edərək Ginnesin Rekordlar Kitabına düşüb. Taylor Swift-in "Eras Tour"u rəsmi olaraq ən yüksək gəlir gətirən musiqi turudur və gəliri 1 milyard dolları keçən ilk turdur.Amerikalı müğənni Taylor Swift-in (Teylor Svift) "The Eras" layihəsi tarixdə ən çox gəlir gətirən musiqi turu olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Bu barədə Marja.az Ginnesin Rekordlar Kitabının saytında dərc edilmiş məlumata istinadən xəbər verir.
Məlumata görə, turdan əldə olunan gəlir 1 milyard dolları keçərək (1,04 milyard dollar), vida konsertləri ilə beş il qastrol səfərində olan Elton Conun müəyyən etdiyi rekordu (939 milyon dollar) yeniləyib. "Eras" turu 2023-cü ilin martında başlayıb və 2024-cü ilin dekabrına qədər davam edəcək.
Portalda Sviftin dünya turu Beyonce-nin "Renessans" Dünya turundan iki dəfə çox qazanc gətirdiyi bildirilir.
O da məlum olub ki, Sietldəki konsertdə Taylor Svift pərəstişkarları 2,3 bal gücündə zəlzələ ilə müqayisə edilən rekord seysmik aktivliyə səbəb olublar.
Bundan əvvəl Amerikanın “Time” jurnalı Teylor Svifti “İlin adamı” kimi tanımışdır. Müğənni Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin kimi dünya liderlərini üstələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI





























