Gürcüstan gözlədiyi cavabı aldı - Nə dəyişəcək?
Xəbər verdiyimiz kimi, Brüsseldə Avropa İttifaqı liderlərinin sammitində Gürcüstanın ittifaqa üzv olmaqla bağlı namizəd statusunun verilməsinə dair qərar qəbul edilib. Hazırda bir çoxunu bu qərarın Gürcüstan üçün əhəmiyyəti və nəyi dəyişəcəyi maraqlandırır.
Gürcüstanın “Geocase” araşdırma mərkəzinin Yaxın Şərq üzrə Araşdırma departamentinin direktoru və Avropa Universitetinin professoru Emil Avdalianinin fikrincə namizəd statusunun verilməsi hələ ölkənin Avropa İttifaqına daxil olacağına zəmanət vermir.
Bununla belə, onun sözlərinə görə, istənilən halda Gürcüstana bu statusun verilməsi bir sıra müsbət nəticələrə səbəb olacaq: “Birincisi, bu qərar ölkədə daxili siyasi gərginliyi azaldacaq. İkincisi isə Tbilisinin Brüssellə münasibətlərini yaxşılaşdıracaq. Belə ki, son zamanlar Gürcüstanın Aİ-nin tövsiyələrini kifayət qədər fəal şəkildə yerinə yetirməməsinə görə tərəflərin münasibətində problemlər müşahidə edilir”.
Namizəd statusu, həmçinin 2024-cü ildə ölkədə keçirilməsi planlaşdırılan parlament seçkilərinin gedişatı üçün də vacibdir. Ekspert qeyd edib ki, “Vahid Milli Hərəkat” partiyasının rəhbərlik etdiyi müxalifətin hazırda nə lazımi maliyyə resursları var, nə aydın gündəmi, nə də xarizmatik liderləri var. Hakim “Gürcü arzusu” partiyası isə hazırda böyük populyarlığa malik olsa da, seçicilərin əksəriyyətinin xüsusi rəğbətini qazana bilmir: “Namizəd statusu bu problemləri həll etməsə də, istənilən halda gürcü cəmiyyətində qütbləşməni azaltmağa kömək edəcək və “Gürcü arzusu”nun xeyrinə olacaq. Bununla belə, bu, həm də hakim partiyaya bir çox yeni məhdudiyyət qoyur. Rəhbərlik Brüsselin tələblərinə və gürcü seçicilərin xüsusilə də demokratikləşmə və iqtisadi islahatlar sahələrində artan gözləntilərinə daha ciddi yanaşmalı olacaq”.
Professor hesab edir ki, bununla yanaşı, Gürcüstanın son illər həyata keçirdiyi çoxvektorlu xarici siyasətdən indi tamamilə imtina edəcəyini gözləmək lazım deyil. Bu siyasətə isə Aİ-nin rəqibləri, xüsusilə də Çinlə iqtisadi əlaqələrin gücləndirilməsi daxildir: “Lakin aydındır ki, Gürcüstanın Avropa İttifaqına doğru yolunda əsas maneə Çinlə deyil, Rusiya ilə olan münasibətlərdir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından bu yana Tbilisi bir neçə dəfə mövqeyini dəyişməli olub: Gürcüstan bir tərəfdən Kiyevə dəstəyini ifadə edib, digər tərəfdən isə beynəlxalq tənqidlərə baxmayaraq Moskva ilə əlaqələr yaradıb. Tbilisinin bu yanaşması Qərb tərəfdaşları ilə münasibətlərdə dəfələrlə narazılığa səbəb olsa da, bu, Rusiya ilə əlaqələrin möhkəmlənməsinə mane olmayıb”.
Avdalianinin fikrincə, Gürcüstan rəhbərliyinin Aİ-yə inteqrasiya və Rusiya ilə münasibətlərin saxlanılmasında balansı tapa biləcəyi böyük sual doğurur.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
- 16 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























