Hindistan şəkər idxalına başlaya və bu məhsulun dünya qiymətləri yenidən yüksələ bilər
Reuters: Hindistan məhsulun azalması və tələbatın artması səbəbindən şəkər idxal edə bilərDünyanın ikinci ən böyük şəkər istehsalçısı olan Hindistan daxili istehlakın artması və məhsulun azalması səbəbindən 2025-ci ildə şəkər idxalına başlaya bilər.
Marja.az xəbər verir ki,. bu barədə Reuters agentliyi məlumat yayıb.
"Hindistanda bu mövsümdə zəif yağışlar səbəbindən şəkər istehsalı azalıb. Ölkədə istehsalın son 7 ildə ilk dəfə istehlakdan geri qalacağı gözlənilir. Hindistan 2025-ci ilin birinci yarısından etibarən şəkər idxalçısına çevrilmək məcburiyyətində qala bilər”, - "Reuters" sənaye nümayəndələrinə istinadən xəbər verir.
Qeyd olunur ki, Hindistanın şəkər idxalına keçmək məcburiyyətində qalacağı perspektivi fonunda bu məhsulun dünya qiymətləri ötən ay artıq uzun illər ərzində ən yüksək həddə çatsa da, yenidən yüksələ bilər. Bu vəziyyət, agentliyin qeyd etdiyi kimi, dünyanın aparıcı şəkər ixracatçısı Braziliyanın xeyrinə ola bilər.
Treyderlər ölkədə şəkər istehsalının istehlak səviyyəsindən aşağı düşmə ehtimalı fonunda Hindistanın ölkədən şəkər ixracını qadağan edəcəyinə əmin olduqlarını bildiriblər.
Dünyanın ikinci ən böyük şəkər ixracatçısı olan Hindistan, keçən il "nəzarətsiz şəkər ixracının qarşısını almaq və münasib qiymətə daxili istehlak üçün kifayət qədər şəkər təmin etmək üçün" 31 oktyabr 2023-cü il tarixinədək məhsulu məhdudlaşdırılmış əmtəə olaraq elan edib.
Oktyabr ayında Hindistan 31 oktyabrdan sonra tətbiq edilən bütün şəkər növləri üçün ixrac məhdudiyyətlərini uzadıb.
Daha əvvəl Hindistan Şəkər istehsalçıları Assosiasiyası bildirib ki, 2023-2024-cü illər mövsümündə Hindistanda şəkər istehsalı 3,3% azalaraq 31,7 milyon tona düşə bilər. Bu, qismən ona görədir ki, Hindistanın ümumi şəkər istehsalının yarıdan çoxunu təşkil edən Maharashtra və Karnataka əyalətlərindəmusson yağışları bu il orta səviyyədən 50% aşağı olub.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























