ABŞ-da Google 700 milyon dollar cərimələndi
Amerika texnologiya nəhəngi Google, Android-in proqram mağazası olan Google Play Store ilə rəqabəti boğmaq ittihamı ilə ona qarşı açılan antiinhisar işində 700 milyon dollar ödəməyə razılaşıb.
Marja.az xəbər verir ki, San-Fransisko federal məhkəməsində baxılan məhkəmə işi sənədlərində Google-un istehlakçılara 630 milyon dollar, ABŞ ştatlarına isə 70 milyon dollar ödəməyə razı olduğu bildirilib.
Bundan əlavə, Google yaxın 5 il ərzində müştərilərinə Play Store-dan başqa platformalardan Android cihazlarına proqramlar yükləməyə icazə verəcək.
Google-a qarşı açılan antiinhisar iddiasında o, tətbiqlərə qeyri-qanuni məhdudiyyətlər qoyaraq müştərilərinə əlavə ödənişlər tətbiq etməkdə günahlandırılıb.
Google həmçinin tətbiqdaxili satınalmalarda 15-30 faiz komissiya alır.
ABŞ-da yerləşən video oyun istehsalı şirkəti olan Epic Games, dekabrın 11-də tətbiqdaxili ödənişlərə görə Google-a qarşı qaldırdığı antiinhisar işini qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























