Rusiya Türkiyəyə neft məhsullarının ixracından gəlirlərini artırıb
Rusiya, Türkiyəyə neft məhsullarının ixracından gələn gəlirlərini ayda 500 milyon dollar artırıb2022-ci ilin fevral ayından Türkiyə Rusiyadan 15,6 milyard dollar dəyərində neft məhsulları alıb, bunun nəticəsində Rusiya neft məhsulları Türkiyə bazarındakı payı və Rusiyanın orta aylıq gəliri isə 520 milyon dollar artıb.
Marja.az xəbər verir ki, bunu Türkiyə Statistika Xidmətinin məlumatları göstərir.
Belə ki, Ukraynda müharibə başlamazdan əvvəlki il ərzində Rusiya hər ay Türkiyəyə orta hesabla 260,4 milyon dollar dəyərində neft məhsulları tədarük edib və bu məhsulların ölkəyə tədarükünün 37%-ni təşkil edib. Bu dövrdə qalan ölkələr türk şirkətlərinə hər ay 444,3 milyon dollar dəyərində neft məhsulları satıb və ilk beş təchizatçıya Rusiyadan əlavə Hindistan (21%), İsrail (12%), Yunanıstan (11%) və İtaliya daxildir (6,4%).
Eyni zamanda, ötən ilin fevralından bu ilin oktyabrına qədər Rusiya Türkiyəyə neft məhsullarının tədarükünün orta aylıq dəyərini 3 dəfə və ya 520 milyon dollar artıraraq 780,7 milyon dollara çatdırıb və bütün dövr ərzində bu malları görə gəliri 15,6 milyard dollara çatıb.
Nəticədə, Rusiyanın Türkiyənin neft məhsulları idxalında payı bu dövrdə orta hesabla 60,6%-ə yüksəlib, oktyabrın sonunda isə 75%-ə çatıb.
Eyni zamanda, digər ölkələr ümumi aylıq gəlirlərini cəmi 14% artıraraq 508,1 milyon dollara çatdıraraq, 20 ay ərzində türk şirkətlərinə 10,2 milyard dollarlıq neft məhsulları tədarük edib. Heç bir əsas təchizatçı Türkiyə idxalındakı payını artıra bilməyib: Hindistan 2022-ci ilin martından 2023-cü ilin oktyabrınadək bazarın 10%-ni, İtaliya - 5,8%-ni, İsrail - 5%-ni, Yunanıstan - 4%-ni tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























