Toyota səhmlər son 1,5 ilin ən böyük ucuzlaşmasına məruz qalıb
Yaponiyanın avtomobil istehsalçısı Toyota-nın səhmləri, Yaponiyanın Nəqliyyat Nazirliyi Daihatsu Motor-un törəmə şirkətinin ofislərini təhlükəsizlik qalmaqalına görə yoxladıqdan sonra 1,5 il ərzində ən böyük ucuzlaşmaya məruz qalıb.
Marja.az xəbər verir ki, bunu Bloomberg yazır.
"Bundan əlavə, Toyota ABŞ-da təhlükəsizlik yastıqları ilə bağlı problemlərə görə 1 milyon avtomobili geri çağırıb", - agentlik qeyd edir.
Dekabrın 21-də Tokio Fond Birjasında hərracların açılışında Toyota səhmləri əvvəlki bağlanış qiymətinə nisbətən 5,6% ucuzlaşıb: bu, 2022-ci ilin mayından bəri ticarət sessiyaları arasında ən böyük enişdir.
Bloomberg yazır ki, dekabrın 21-də Yaponiyanın Nəqliyyat Nazirliyi Daihatsu-nun Osakadakı qərargahına reyd keçirib. Yoxlama şirkətin avtonəqliyyat vasitələrinin təhlükəsizliyi ilə bağlı pozuntularla bağlıdır. Hələ aprel ayında Daihatsu dörd model üçün yan zərbə testlərində çatışmazlıqlar aşkar etdi və araşdırma üçün müstəqil komissiya yaradıldı. Dekabrın 20-də Toyota, komissiyanın yazda aşkar edilənlərdən əlavə 174 yeni pozuntu aşkar etdiyini bildirdi. Ümumilikdə təhlükəsizlik problemləri, Probox, Town Ace, Roomy və Pixis modelləri də daxil olmaqla, 22-si Toyota brendi altında satılan 64 Daihatsu modelinə təsir edib. Bu səbəbdən şirkət bütün Daihatsu modellərinin həm Yaponiyada, həm də xaricdə çatdırılmasını dayandırmaq qərarına gəlib.
"Daihatsu əsas istehsalçılardan avtomobil və ehtiyat hissələri tədarük edir: Həmin istehsalçılardan Toyota-dan başqa Mazda və Subaru da hissələr alır. Vəziyyət Yaponiya avtomobil sənayesinin qalan hissəsinə yayılacaq qalmaqala səbəb ola bilər", -Bloomberg yazır.
Toyota dekabrın 19-da bildirib ki, ABŞ-da satılan təxminən 1 milyon avtomobili sərnişin tərəfindəki təhlükəsizlik yastıqları ilə bağlı problemlərə görə geri çağırıb. Bəzi Toyota və Lexus sedanlarında və yolsuzluq avtomobillərindəki sensorlar nasazlıq səbəbindən lazımi vaxtda düzgün cavab verməyə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























