Yaponiya əmək məhsuldarlığına görə “yeddilik”də sonuncu yeri tutur
Ölkə uzun müddət İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 38 üzvü arasında təxminən 20-ci yerdə idisə, 2023-cü ildə 30-cu yerə enib.Yaponiya hazırda əmək məhsuldarlığına görə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ və Fransanın da daxil olduğu Yeddilik Qrupunda sonuncu yeri tutur.
Marja.az xəbər verir ki, Yaponiya Məhsuldarlıq Mərkəzinin yaydığı hesabata görə, bu rəqəm onu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 38 üzvü arasında 30-cu yerə endirib. Bu da ölkə tarixində ən aşağı səviyyədir.
Məlumata görə, Yaponiya uzun illərdir ki, OECD reytinqində təxminən 20-ci yeri tutub. Bununla belə, son dörd ildə ölkə əmək məhsuldarlığı baxımından mövqelərini kəskin şəkildə itirməyə başlayıb.
Yaponiyada bir işçi saatda orta hesabla 52,2 dollar mal və xidmət istehsal edir. OECD-də birinci yerdə olan İrlandiyada bu göstərici 154,1 dollara çatır.
Əmək məhsuldarlığı baxımından Yaponiya təşkilatda saatda 65,2 dollar olan orta səviyyəyə belə çatmır.
Yeddilik Qrupunda bu göstərici üzrə ABŞ liderdir (89,8 dollar), OECD-də isə doqquzuncu yerdədir.
Məhsuldarlıq Mərkəzinin ekspertlərinin fikrincə, Yaponiyanın göstəricisinin aşağı düşməsi iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində kifayət qədər səy göstərilməməsi və əmək haqqı artımının ləng tempi ilə bağlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























