“Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb
Yanvarın 3-də “Qazprom” Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.
Marja.az xəbər verir ki, bu, Rusiya qaz holdinqinin bəyanatında deyilir.
“Sibirin Gücü” qaz kəməri ilə Rusiya qazının tədarükü şirkətin gündəlik müqavilə öhdəliklərini növbəti dəfə üstələyib.
Əvvəlki rekord bir gün əvvəl, yanvarın 2-də, Çinə gündəlik qaz nəqli 2024-cü il üçün sazişdə nəzərdə tutulan yeni səviyyəyə çatdıqda qeydə alınıb.
"Sibirin Gücü" vasitəsilə tədarüklər "Qazprom" və CNPC arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.
"2025-ci ildə “Sibirin gücü” qaz kəməri 38 milyard kubmetrlik tam ixrac gücünə çatacaq" - "Qazprom" xatırladıb. Üstəlik, yaxın illərdə “Qazprom”un Çinə ixracının ümumi həcmi 48 milyard kubmetrə çatacaq (Uzaq Şərq marşrutu ilə Çinə qaz tədarükü layihəsinin həyata keçirilməsi ilə). Monqolustandan keçən tranzit qaz kəməri nəzərə alınmaqla isə illik ixracın 100 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 11 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















