Çin 2023-cü ildə Rusiya ilə rekord ticarət həcmini açıqlayıb
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 26,3% artaraq 240,11 milyard dollara çatıb.Bu rekord göstəricidir.Çinin Rusiya ilə ticarət dövriyyəsi 2023-cü ildə 26,3% artaraq 240,11 milyard dollara çatıb.
Marja.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, bu dövrdə Çindən Rusiya Federasiyasına ixrac 46,9% artaraq təxminən 110,97 milyard dollar təşkil edib. Rusiya mallarının idxalı 12,7% artaraq 129,14 milyard dollar olub. Son 12 ayda Rusiyanın müsbət saldosu 2022-ci ilə nisbətən təxminən yarıya qədər azalaraq 18,17 milyard dollara düşüb.
Dekabrda iki ölkə arasında ticarət dövriyyəsi noyabr ayı ilə müqayisədə 1,8% çox olmaqla 21,9 milyard dollar təşkil edib. Rusiya Federasiyasından idxal ayda demək olar ki, dəyişməyərək 11,19 milyard dollar təşkil edib.Çinin ixracı isə təxminən 4% artaraq 10,71 milyard dollar olub.
Dəyər baxımından Çinin Rusiya Federasiyasından idxal etdiyi malların əsas hissəsini enerji resursları - neft, təbii qaz və kömür təşkil edir. Digər əsas idxal olunan məhsullara mis və mis filizi, ağac, yanacaq və dəniz məhsulları daxildir. Çin Rusiyaya geniş çeşiddə məhsullar - avtomobillər, smartfonlar, sənaye və ixtisaslaşdırılmış avadanlıqlar, oyuncaqlar, ayaqqabılar, nəqliyyat vasitələri, kondisionerlər və kompüterlər ixrac edir.
Rusiya Federasiyası ilə Çin arasında ticarət dövriyyəsi 2021-ci ildə 35,8% artaraq 146,880 milyard dollara, 2022-ci ildə isə 29,3% artaraq 190 milyard dollara çatmışdı.
Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin 2024-cü ilədək mal və xidmət ticarətinin həcmini 200 milyard dollara çatdırmağı qarşıya məqsəd qoymuşdular. Onlar birlikdə bu məqsədə vaxtından əvvəl nail ola biliblər.
Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ildə Çinin xarici ticarətinin həcmi 5% azalaraq 5,93 trilyon dollar təşkil edib.
12 ay ərzində ölkənin ixracı 4,6% azalaraq 3,38 trilyon dollar təşkil edib. İdxal 5,5% azalaraq 2,55 trilyon dollara düşüb. Beləliklə, Çinin bu dövrdə profisiti 2022-ci illə müqayisədə təxminən 6% azalaraq 823 milyard dollara geriləyib.
Dekabrda Çinin xarici ticarət dövriyyəsi noyabr ayı ilə müqayisədə 3,1% artaraq 531,89 milyard dollar təşkil edib. Çinin ixracı ay ərzində əvvəlki ayla müqayisədə 4% artaraq 303,61 milyard dollar, idxalı isə 2,1% artaraq 228,28 milyard dollar olub.
Çin beynəlxalq bazara geniş çeşiddə məhsullar təqdim edən dünyanın aparıcı istehsalçısıdır. Çin əksər ölkələrlə ticarət əlaqələrini fəal şəkildə saxlayır və daim gücləndirir. Moskva Pekinin enerji təchizatının əsas tərəfdaşıdır. Bundan əlavə, Rusiya Federasiyası Çinə ərzaq və digər məhsulların ixracını artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























