Azərbaycanın kiçik bankının xalis mənfəəti 3,6 dəfə artıb
"Bank Avrasiya" ASC 2023-cü ili 6 milyon 622 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 1 milyon 815 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, "Bank Avrasiya"nın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 4 milyon 807 min manat və ya 3,6 dəfə artıb. Xalis mənfəətin artması həm gəlirlərin artmasından, həm də mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan vəsaitdən qaynaqlanır.
Marja.az xəbər verir ki, 2023-cü ildə "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 18 milyon 588 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 11 milyon 635 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 953 min manat təşkil edib. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 1 milyon 789 min manat mənfəətə əlavə olunub və mənfəət 8 milyon 741 min manata yüksəlib. Bank mənfəət vergisindən əvvəlki mənfəətindən 2 milyon 120 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə cəmi əməliyyat gəlirləri 15 milyon 525 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 223 min manat, əməliyyat mənfəəti 7 milyon 302 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 4 milyon 901 min manat ayırdığından və 586 min manat mənfəət vergisi ödiyindən 2022-ci ili 1 milyon 815 min manat xalis mənfəətlə bağlamışdı.
BANKIN AKTİVLƏRİ 21,5% AZALIB
31 dekabr 2023-cü il tarixində "Bank Avrasiya" 184 milyon 537 min manat cəmi aktivlərə malik olub. Bank 2022-ciilin sonunda 224 milyon 268 min manat cəmi aktivlərə malik idi. "Bank Avrasiya" aktivlərinin həcminə görə kiçik banklardan biridir.
Ötən il "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilən kreditlər) 11 milyon 817 və ya 9,4% artaraq 137 milyon 169 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 6 milyon 598 min manat artaraq 15 milyon 474 min manata, ipoteka kreditləri portfeli 6 milyon 565 min manat artaraq 56 milyon 139 min manata yüksəlib, biznes kreditləri portfeli isə 687 min manat azalaraq 66 milyon 214 min manata düşüb.
Ötən il Bankın qiymətli kağızlara sərmayələri, digər banklar və maliyyə institutlarındakı depozitləri azalıb.
DEPOZİT PORTFELİ KİÇİLİB
Ötən il "Bank Avrasiya"da depozitlər 31 milyon 215 min manat və ya 39,2% azalaraq 48 milyon 484 min manata geriləyib. O cümlədən fiziki şəxslərin depozitləri 24 milyon 622 min manat, hüquqi şəxslərin depozitləri 6 milyon 594 min manat azalıb.
31 dekabr 2023-cü il tarixində "Bank Avrasiya" 79 milyon 216 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
12 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
12 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
12 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 13 saat əvvəl
-
13 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib


























