Bu bankın xalis mənfəəti ötən il 4 dəfə artıb
"Yelo Bank" ASC 2023-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Yelo Bank" 2023-cü ili 20 milyon 761 min manat manat xalis mənfəət ilə başa vurub.
Bank 2022-ci ili 5 milyon 231 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Yelo Bank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 15 milyon 530 min manat və ya 4 dəfə artıb. Xalis mənfəətin böyük hissəsi mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan vəsaitin hesabınadır.
2023-cü ildə "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri 124 milyon 554 min manat, cəmi əməliyyat xərcləri 116 milyon 346 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 208 min manat təşkil edib. Həmçinin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 12 milyon 555 min manat mənfəətə əlavə olunub.
AKTİVLƏRİ 1,5 MİLYARD MANATI AŞIB
2023-cü ildə "Yelo Bank"ın cəmi aktivləri 744 milyon 917 min manat və ya 90,7% aratarq 1 milyard 566 miylon 452 min manata yüksəlib.
Ötən il Bankda "Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait" 581 milyon 107 min manat və ya 6,5 dəfə artaraq 687 milyon 293 min manata çatıb.
Keçən il "Yelo Bank"ın kredit portfeli isə (müştərilərə verilmiş kreditlər) 142 milyon 361 min manat artaraq 764 milyon 309 min manata yüksəlib. O cümlədən istehlak kreditləri portfeli 54 milyon 189 min manat artaraq 207 miylon 637 min manata, biznes kreditləri portfeli 87 milyon 127 min manat artaraq 483 milyon 128 min manata, ipoteka kreditləri portfeli isə 1 milyon 46 min manat artaraq 73 milyon 544 min manat qalxıb.
2023-cü ildə "Yelo Bank"da depozitlər 719 milyon 723 min manat və ya 125% (2,25 dəfə) artaraq 1 milyard 292 milyon 23 min manata çatıb. O cümlədən, fiziki şəxslərin depozitləri 135 milyon 563 min manat artaraq 584 milyon 150 min manata, hüquqi şəxslərin depozitləri 584 milyon 160 min manat artaraq (5,3 dəfə) 720 milyon 595 min manata yüksəlib.
31 dekabr 2023-cü il tarixində "Yelo Bank" 102 milyon 430 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Avro ucuzlaşır – Dollar qarşısında son 3 ayın minimumuna düşüb
-
11 saat əvvəl
100 min dollardan 300 min dollara - “Azəripək” ixracını 3 dəfə artırıb
-
12 saat əvvəl
Azərbaycanda 117,7 milyon dollarlıq layihə – Yeni zavod tikiləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 13 saat əvvəl
-
13 saat əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
İnvestorlar 267 milyon manatlıq sifariş verdi, Maliyyə Nazirliyi yalnız 19,6 milyon manatı qəbul etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
Alüminium ixracında dövlət şirkətindən güclü artım
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib























