Azərbaycanın qocaman və nəhəng bankı gəlir və mənfəətini açıqladı
"Kapital Bank" ASC 2023-cü ili 242 milyon 209 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 308 milyon 47 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 65 milyon 838 min manat və ya 21,4% azalıb. Xalis mənfəətin azalması xərclərin gəlirlərdən daha çox artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha çox vəsait ayrılması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, 2023-cü ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 1 milyard 180 milyon 368 min manat, cəmi əməliyyat xərcləri 759 milyon 593 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 420 milyon 775 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 108 milyon 362 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 70 milyon 205 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 1 milyard 3 milyon 289 min manat, cəmi əməliyyat xərcləri 542 milyon 827 min manat, əməliyyat mənfəəti 460 milyon 462 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 75 milyon 153 min manat ayırmış və 77 milyon 262 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "Kapital Bankı"ın cəmi əməliyyat gəlirlərinin 177 milyon 79 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 216 milyon 766 min manat artıb. Xərclər gəlirlərdən 39 milyon 687 min manat daha çox artdığı üçün, əməliyyat mənfəəti bu məbləğdə də az olub.
2023-cü ildə "Kapital Bank" ASC-nin cəmi aktivləri 837 milyon 446 min manat və ya 9,7% artaraq 31 dekabr 2023-cü il tarixində 8 milyard 659 milyon 618 min manat təşkil edib. Bank 2022-ci ilin sonunda 7 milyard 822 milyon 172 min manat cəmi aktivlərə malik idi.
2023-cü ildə "Kapital Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1 milyard 114 milyon 54 min manat artaraq 4 milyard 271 milyon 823 min manata yüksəlib.
O cümlədən, ötən il Bankın istehlak kreditləri portfeli 520 milyon 469 min manat artaraq 2 milyard 353 milyon 575 min manata, biznes kreditləri portfeli 441 milyon 392 min manat artaraq 1 milyard 349 milyon 734 min manata, ipoteka kreditləri portfeli isə 152 milyon 192 min manat artaraq 568 milyon 513 min manata yüksəlib.
2023-cü ildə "Kapital Bank"da cəmi depozitlər 222 milyon 994 min manata artaraq 31 dekabr 2023-cü il tarixində 6 milyard 321 milyon 619 min manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 263 milyon 752 min manat artaraq 1 milyard 906 milyon 204 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri siə 40 milyon 759 min manata azalaraq 4 milyard 415 milyon 415 min manata geriləyib.
31 dekabr 2023-cü il tarixində "Kapita Bank" ASC 833 milyon 95 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
10 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
10 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























