Shell yüzlərlə işçini ixtisar edəcək
Böyük Britaniyanın neft və qaz şirkəti Shell layihə portfelini tənzimləmək və ümumi təşkilati səmərəliliyi artırmaq üçün yüzlərlə iş yerini ixtisar etməyə başlayıb.
Marja.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.
Xəbərə görə, aşağı karbonlu texnologiyaların inkişafı bölməsindəki vəzifələr ilk sıradan çıxarılacaqlar arasında olacaq. İki mənbə bildirib ki, təşkilati dəyişikliklərdən təsirlənən işçilər bu həftə özəl olaraq məlumatlandırılıb. İxtisarlara həmçinin ümumi korporativ məsələlər, layihə fəaliyyətləri və texnologiyaları departamentlərinin mütəxəssisləri də daxil olacaq.
Bloomberg-ə anonimlik şərti ilə şirkət nümayəndəsi deyib: “Shell məhsuldarlığa və proseslərin sadələşdirilməsinə diqqət yetirməyə sadiqdir. İşçilərin ixtisarı zamanı şirkət layihə portfelini optimallaşdıracaq, yeni səmərəlilik səviyyəsinə çatacaq və strukturu sadələşəcək”.
Agentlik qeyd edib ki, 2022-ci ilin sonunda Shell-də 93 minə yaxın insan işləyirdi. Bloomberg-in məlumatına görə, bundan əvvəl şirkət rəhbərliyi satış bölmələrinin bir hissəsini Octopus Energy-yə sataraq, işçilərini artıq 1,8 min nəfər ixtisar etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























