Qırmızı dənizdəki böhran Avropada məişət kimyası istehsalına zərbə vurur
“Die Presse” qəzetinin məlumatına görə, "Henkel" şirkəti nəqliyyat xərcləri və çatdırılma müddətlərində artımla üzləşdiyini bildirib.Qırmızı dənizdəki böhran məişət kimyası istehsalı üçün lazım olan xammalın Avropaya çatdırılmasında problemlər yaradıb.
Marja.az xəbər verir ki, bu barədə Avstriyanın paytaxtı Vyanada dərc olunan alman dilində gündəlik “Die Presse” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “Dechem” artıq tualet təmizləyiciləri və qabyuyan maşın kapsullarında istifadə olunan limon və sulfamik turşuların çatışmazlığı səbəbindən istehsalı azaltmaq məcburiyyətində qalıb. Kimya şirkəti Henkel, "digər qlobal istehsalçılar kimi" nəqliyyat xərcləri və çatdırılma müddətlərində artımla üzləşdiyini bildirib.
Polietilen və polipropilen istehsalçısı "Borealis" nəşrə bildirib ki, xammal çatışmazlığı onlara təsir etməyib, lakin Asiya ölkələrinə məhsulların tədarükü ilə bağlı problemlər var. Şirkət qeyd edib ki, marşrutun dəyişdirilməsi ilə bağlı əlavə xərclər təyinat bölgəsindəki müştərilər tərəfindən ödəniləcək.
Qırmızı dənizdəki vəziyyətin pisləşməsi ilə əlaqədar bir çox şirkət Süveyş kanalı vasitəsilə Avropaya gedəcək gəmiləri Cənubi Afrikanın cənubundakı Ümid burnu vasitəsilə yönləndirməyə qərar verib. Lakin bu marşrut 10-14 gün daha uzun çəkir ki, bu da xərcləri artırır. Nəticədə Avropada bəzi şirkətlər vaxtında çatdırılmayan komponentlərin çatışmazlığı ilə üzləşirlər. Xüsusilə, avtomobil istehsalçısı Tesla yanvarın 29-dan Berlin yaxınlığındakı zavodun əksər sexlərinin işini iki həftə müddətinə dayandıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
8 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
11 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























