"PAŞA Bank”ın uğurları birbaşa qeyri-neft sektorunun inkişaf tempi ilə bağlıdır" - SƏDR
2023-cü ildə ölkənin aparıcı korporativ bankı olan “PAŞA Bank”ın daha bir 3 illik inkişaf strategiyası yekunlaşıb.
“PAŞA Bank”ın Baş icraçı direktoru və İdarə heyətinin sədri Cavid Quliyevlə bankın biznesin inkişafı sahəsində əldə etdiyi uğurlar və onların Azərbaycan iqtisadiyyatının nailiyyətlərinə necə təsir etməsi barədə danışmaq qərarına gəldik.
Qeyri-neft sektorunun inkişafı "PAŞA Bank"ın əsas prioriteti kimi
“PAŞA Bank”ın 2023-cü il üzrə fəaliyyətinin nəticələri ilə bağlı dərc etdiyi maliyyə hesabatlarına əsasən, Bank biznesin bütün sahələrində, o cümlədən korporativ sektor, kiçik və orta biznes sektoru üçün kredit vəsaitlərinin ayrılması, eləcə də aktivlərin artırılması, nağdsız dövriyyə və s. üzrə əsaslı göstəricilərə nail olub. Beləliklə, 2023-cü ilin yekunlarına əsasən, “PAŞA Bank”ın aktivləri 8,65 milyard manata qədər artıb, xalis mənfəət isə rekord həcm - 199,2 milyon manat təşkil edib.
“PAŞA Bank”ın əldə etdiyi uğurları şərh edən Cavid Quliyev qeyd edir ki, bu cür nəticələr 2023-cü ildə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, xüsusilə real sektorun inkişafına bağlıdır. Beləliklə, "PAŞA Bank"da korporativ və KOS müştərilərinin ümumi sayı ötən ilə nisbətən 13% artıb. 2023-cü ilin sonunda verilmiş biznes kreditlərinin portfeli isə 2,69 milyard manat həcmində olan rekord həddini ötüb.
"İqtisadiyyatın qeyri-neft seqmentinin inkişafına fəal diqqət yetirən Azərbaycanın aparıcı korporativ maliyyə institutu olaraq, Bank real sektorun uğurlu inkişafında birbaşa iştirak etmək imkanına malikdir. Qeyd edək ki, “PAŞA Bank”a daxil olan ödənişlərin ümumi səviyyəsi 4 milyard manat artaraq 2023-cü ildə 54,5 milyard manat təşkil edib. POS-terminallar vasitəsilə nağdsız dövriyyənin artması hesabına təxminən 1,4 milyard manat artım baş verib. Bu, iqtisadiyyatın şəffaflaşdırılması və ölkədə maliyyə resurslarının dövriyyəsinin şəffaflığının artırılması məqsədilə bazar tənzimləyicilərinin həyata keçirdiyi uğurlu tədbirlərin birbaşa nəticəsidir", - deyə Cavid Quliyev vurğulayıb.
Müştərilərin və beynəlxalq ekspertlərin “PAŞA Bank”a etibarı
2023-cü ildə də bazar həyata keçirilən islahatlara müsbət cavab verməyə davam etdi. Bu islahatlar iqtisadiyyatın əsas seqmentlərinin inkişafının dayanıqlığını artırır və Azərbaycanda biznes mühitini yaxşılaşdırır.
Cavid Quliyevin sözlərinə görə, Bankın fəaliyyətinin uğurlu inkişafı və kapitallaşma səviyyəsinin artması həm iri layihələrin maliyyələşdirilməsinə, həm də kiçik və orta biznesin inkişafına dəstək göstərmək qabiliyyətinə gətirib çıxarır. Ölkənin ən böyük korporativ bankı olan “PAŞA Bank” da öz növbəsində potensial riskləri diqqətlə izləyir, təhlil edir və onları bütün portfel səviyyəsində peşəkar şəkildə idarə edir. “PAŞA Bank” iqtisadiyyatın real sektorunun etibarlı maliyyə tərəfdaşı kimi çıxış edərək daim kredit, bazar, əməliyyat, informasiya və kibertəhlükəsizlik risklərinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir və bunun aktuallığı dünyadakı geosiyasi risklər fonunda artır.
"Bütün bunları nəzərə alaraq, “PAŞA Bank”ın beynəlxalq reytinqinin 2023-cü ildə SP Rating tərəfindən “BB-“ səviyyəsinə yüksəldilməsi seçdiyimiz biznes strategiyasının uğurlu olduğunun daha bir sübutudur. Detallara varmadan vurğulamaq istəyirəm ki, bu reytinq Azərbaycanda özəl banklar arasında ən yüksək reytinqlərdən biridir. Bu yüksək reytinq təkcə “PAŞA Bank”ın sabit maliyyə mövqeyinin deyil, həm də tətbiq etdiyimiz biznes fəlsəfəsinin düzgün seçilməsinin təsdiqidir. Bunu müştərilərin və hüquqi şəxslərin artan etibarı da təsdiqləyir. Bu, bizim üçün uğurlu inkişafın bariz göstəricisidir", - Quliyev bildirib.
“PAŞA Bank”ın əsas dəyəri onun insan kapitalıdır
"PAŞA Bank"ın İdarə Heyətinin sədri bildirir ki, onun başçılıq etdiyi maliyyə qurumunun əsas fəaliyyət göstəriciləri vacib olsa da, təşkilatı yeni zirvələrə aparmaq üçün liderlik edən “PAŞA Bank” işçiləri şirkətin ən vacib dəyəridir.
“Bankın təsisçilərinin əsas məqsədi Bankın təkcə yerli deyil, həm də beynəlxalq bazarlarda uğurlu rəqabət aparmaq imkanını təmin edəcək istedadlı azərbaycanlı mütəxəssislərdən ibarət güclü komanda toplamaq idi. Bütün bu illər ərzində birgə komanda səyləri nəticəsində qarşıya qoyulan məqsədə uğurla nail olunub – “PAŞA Bank” sistem əhəmiyyətli maliyyə institutuna, real sektorun təkcə Azərbaycanda deyil, həm də regional miqyasda etibarlı tərəfdaşına çevrilib. Əminəm ki, 2024-cü ildə ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun və bütövlükdə cəmiyyətin daha uğurlu inkişafına əhəmiyyətli töhfə verə biləcəyik”, - Cavid Quliyev bildirib.
Qeyd: “PAŞA Bank”ın fəaliyyətinə dair rəqəmlər, 2023-cü ilin audit olunmamış hesabatlarından götürülmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
24 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
40 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı














.jpg)




