“Bakı–Tbilisi–Qars üzrə buraxılış gücü 1 milyon tondan 5 milyon tona qədər artırılacaq”
“Bu yolun Gürcüstan seqmentinin genişləndirilməsi işləri bir neçə aya başa çatacaq. Beləliklə, BTQ üzrə buraxılış gücü 1 milyon tondan 5 milyon tona qədər artırılacaq”.ADY şəffaf qiymət siyasətinin müəyyən olunması, infrastruktur üzrə məhdudiyyətlərin aradan qaldırılması, yüklərin vaxtında və təhlükəsiz çatdırılması istiqamətində beynəlxalq dəhlizlərin iştirakçıları ilə fəal əməkdaşlıq edir.
Bu sözləri ADY sədrinin müşaviri Arif Ağayev Brüsseldə Avropa İttifaqı – Mərkəzi Asiya Nəqliyyat Əlaqəsi üzrə İnvestorlar Forumunda çıxışı zamanı deyib.
A.Ağayev bildirib ki, Azərbaycan Orta Dəhliz üzrə ən vacib ölkələrdən biridir və nəqliyyat infrastrukturunun inkişafına iri investisiyalar qoyur:
“Orta Dəhlizin iştirakçıları arasında əsas və strateji yüklər üçün məlumat mübadiləsini qurmaq və proqnozlaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolları arasında ortamüddətli planlama xidməti qurulub. Bu xidmət dəhliz vasitəsilə daşımaların həcminin artması zamanı qovşaqlar arasında tranzit axınları bərabər paylamağa imkan verir”.
O qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu qurumları tərəfindən birgə müəssisə yaradılıb:
“Məqsəd “bir pəncərə” prinsipi üzrə xidmət göstərmək və müştəri məmnunluğunu təmin etməkdir. Bundan başqa, Ələt Limanında tranzit yük əməliyyatlarının sürətləndirilməsi və təyinatı üzrə göndərilməsi məqsədilə ADY, ASCO və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tərəfindən birgə əməliyyatların idarə edilməsi xidməti təşkil edilib. Həmçinin Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə koordinasiyalı fəaliyyət nəticəsində Azərbaycan–Gürcüstan marşrutunda qatarların mənzil başına çatıb-qayıtma müddəti xeyli azaldılıb”.
ADY sədrinin müşaviri əlavə edib ki, Orta Dəhlizin əsas qolu olan Bakı–Tbilisi–Qars layihəsi üzrə də işlər davam edir:
“Bu yolun Gürcüstan seqmentinin genişləndirilməsi işləri bir neçə aya başa çatacaq. Beləliklə, BTQ üzrə buraxılış gücü 1 milyon tondan 5 milyon tona qədər artırılacaq”.
Qeyd edək ki, forumun keçirilməsində məqsəd Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Avropa ilə Mərkəzi Asiya arasında multimodal, müasir, rəqabətqabiliyyətli, rəqəmsal və daha sürətli marşruta çevirmək, Orta Dəhliz üzrə fəaliyyəti və investisiyaları koordinasiya etməklə regionda nəqliyyat əlaqəsini gücləndirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
45 d. əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
2 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib




























