Haval, Geely və Chery Rusiyada ən çox avtomobil satan Çin markalarıdır
Yanvarda Rusiyada yeni minik avtomobillərinin satışı 77% artıb.2024-cü ilin yanvarında Rusiyada yeni minik avtomobillərinin satışı illik müqayisədə 77,3% artaraq 80,2 min avtomobil təşkil edib.
Marja.az xəbər verir ki, bu barədə "Avtostat" analitik agentliyinin məlumatında deyilir.
"Bu ilin yanvar ayının sonuna Rusiyada 80 212 yeni minik avtomobili satılıb ki, bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 77,3% çoxdur", - məlumatda qeyd olunur.
Bundan əvvəl Rusiya Federasiyasında son bir ayda avtomobil satışının nəticələri də Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi tərəfindən verilmişdi. Nazirliyin məlumatına görə, yanvarda 95,6 min avtomobil, o cümlədən 80 minə yaxın minik avtomobili satılıb (2023-cü ilin yanvar ayı ilə müqayisədə +62%).
“Avtostat”ın məlumatına görə, hesabat ayında bazar lideri ənənəvi olaraq yerli brend olan “Lada” olub və onun satışı 26,4% artaraq 22,3 min avtomobil təşkil edib.
İkinci yerdə 9,6 min avtomobil (artım 2,3 dəfə) ilə Çinin Haval brendi qərarlaşıb.
İlk üçlüyü Geely brendi bağlayır: yanvarda 9 min avtomobil satılıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.
Reytinqdə aşağıdakı brendlər yer alıb: Chery (8,8 min, +59,5%), Changan (4,9 min, artım 16,5 dəfə), Exeed (2,8 min, +52,6%), Omoda (2,7 min, 2,3 dəfə artım), Lixiang (1,7 min), Tank (1,7 min) və Kia (1,3 min, -43,4%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























