Avropa İttifaqı ölkələrindən Azərbaycana minik avtomobillərinin tədarükü artıb
2023-cü ildə Azərbaycana Avropa İttifaqı (Aİ) ölkələrindən 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin tədarükü 2022-ci illə müqayisədə 44,9 faiz artaraq, rekord 250 milyon avroya çatıb.
Avropa İttifaqı Statistika İdarəsinin (Eurostat) məlumatlarına görə, Aİ ölkələri arasında ötən il bu nəqliyyat vasitələrinin Azərbaycana ilk üç ixracatçısı Almaniya (125,3 milyon avro), Slovakiya (62,1 milyon avro) və İtaliya (25,9 milyon avro) olub.
Hesabat dövründə mühərrik həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan benzin nəqliyyat vasitələrinin Aİ ölkələrindən tədarükü pul ekvivalentində 65,7 faiz artaraq, 71,2 milyon avroya çatıb. Xüsusilə, Almaniyadan Azərbaycana bu nəqliyyat vasitələrinin ixrac həcmi 34,1 milyon avro (artım 2,2 dəfə), Slovakiyadan 20,1 milyon avro (artım 29,8 faiz), Çexiyadan 11,1 milyon avro (artım 23,4 faiz) təşkil edib.
Eyni zamanda, “plug-in” hibridləri istisna olmaqla, benzin-elektrik hibrid avtomobillərinin ixracı 2023-cü ildə pul ekvivalentində 65,7 faiz artaraq, 63,9 milyon avro təşkil edib. Eyni zamanda, Slovakiyadan Azərbaycana bu cür nəqliyyat vasitələrinin tədarükü hesabat dövründə 3,6 dəfə artaraq, 36,9 milyon avroya çatıb, Almaniyadan isə 22,6 faiz azalaraq, 20,9 milyon avroya düşüb.
Mühərrik həcmi 3000 kubsantimetrdən çox olan benzin nəqliyyat vasitələrinin ixracı keçən il 13,7 faiz artaraq, 37,4 milyon avro təşkil edib. Eyni zamanda, İtaliyadan 21,1 milyon avro, Almaniyadan isə 10,2 milyon avro məbləğində belə nəqliyyat vasitələri gətirilib.
2023-cü ildə Aİ ölkələrindən elektromobillərin tədarükü pul ekvivalentində 23,1 milyon avroya (artım 4,3 dəfə), o cümlədən Almaniyadan 20,6 milyon avroya (4,8 dəfə) qədər artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















