Türkiyədə ən çox qiymət artımı restoran və otellərdə olub
Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı inflyasiya məlumatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, qardaş ölkədə inflyasiya aylıq 4,53 faiz, illik isə 67,07 faiz təşkil edib.
Analitiklərin gözləntiləri fevral ayında istehlak qiymətləri indeksinin (inflyasiya göstəricisi) aylıq 3,8 faiz, illik isə 66 faiz artacağı idi.
Türkiyədə yanvarda inflyasiya aylıq 6,70 faiz, illik 64,86 faiz təşkil etmişdi.
Beləliklə,inflyasiya sürətlənib və Mərkəzi Bankın may ayında qiymət artımlarının pik həddə çatacağını gözlədiyi 70 faiz səviyyəsinə yaxınlaşıb.
Baza inflyasiyası 70,48 faizdən 72,89 faizə yüksəlib.
Ötən ilin eyni ayına nisbətən ən çox qiymət artımı (94,78%) restoran və otellərdə olub. Sonra 91,84 faizlə təhsil, 81,25 faizlə səhiyyə gəlir.
Fevral ayında yanvar ayı ilə müqayisədə ən çox qiymət artım (12,76%) təhsildə olub. Sonra 8,25 faizlə qida və alkoqolsuz içkilər, 5,42 faizlə restoran və otellər gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























