"Qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq"
"İqtisadi-ticari sahəyə gəldikdə, həmçinin hesab edirəm ki, nəticələr tamamilə qənaətbəxşdir, 17 faizlik artım var. Zənnimcə, yaxşı göstəricidir. Artıq 4,5 milyard dollar səviyyəsinə yaxınlaşırıq. Amma təbii ki, bu, son hədd deyil. Əminəm ki, səfər zamanı əldə olunmuş razılaşmalar çərçivəsində həm növbəti ildə, həm də bu il biz ilin yekunlarına görə qarşılıqlı ticarətdə daha böyük artımın şahidi olacağıq".
Marja.az xəbər verir ki, bunu Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə görüşdə bildirib.
Prezident çıxışına belə davam edib:
"Şadam ki, sənaye kooperasiyası layihələri reallaşdırılır. Bu, əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradırlar. Bütün bunlar isə sənaye sahəsində daha geniş əməkdaşlığa kömək edir.
Sizin səfərinizdən əvvəl materiallara baxdım, kənd təsərrüfatı üzrə bir-birimizi tamamlayırıq. Bizə lazım olanı sizdən əldə edirik və bu, əks istiqamətdə də həyata keçirilir. Həmçinin sevinirik ki, razılaşdığımız kimi, Rusiya bazarına Azərbaycan kənd təsərrüfatı məhsullarının tədarükünün böyük həcmdə artması uğurla davam edir.
Əlbəttə ki, Sizin də dünən geniş bəhs etdiyiniz nəqliyyat-logistika sahəsi ilə bağlı müvafiq sənədlər imzalanıb. Burada həm tranzit daşımalarının, həm də ikitərəfli yük daşımalarının artdığını görürük. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizi birləşdirən layihədir.
Bildiyiniz kimi, biz bütün zəruri məsələlərin reallaşdırılması üzrə fəal qarşılıqlı fəaliyyət göstəririk. Azərbaycan ərazisində, eləcə də Rusiya ərazisində infrastruktur mövcuddur, yeganə lazım olan planlaşdırıldığından artıq yük həcmini nəql etmək üçün onun modernləşdirilməsidir".
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin deyib ki, dünən geniş ikitərəfli gündəliyi müzakirə olunub:
"Siz bir neçə istiqaməti xatırlatdınız, sənaye sahəsində daha çox layihələr var. Biz, həmçinin nəqliyyat maşınqayırması sahəsində birgə layihələr barəsində düşünürük. Eyni zamanda, qarşılıqlı iri texnoloji, innovativ layihələr üzrə perspektivli istiqamətlər də var. Kənd təsərrüfatı sahəsi üzrə də işləyirik. Siz tamamlama haqqında danışdınız. Həmçinin əczaçılıq üzrə bir sıra məsələlərimiz mövcuddur. Dünən bu sahədə işlərin gücləndirilməsinə dair razılıq əldə etdik. Belə desək, bu gün bizim qarşılıqlı layihələrimizin bütün palitrası nəzarətimizdədir. Qarşılıqlı iqtisadi-ticari dövriyyə rəqəmləri də bunu göstərir. Siz 17 faizlik artım barədə danışdınız. Bu, belədir.
Həmçinin demək istəyirəm ki, bizim keçid məntəqələrimizdə daşıma gücləri 5 dəfə artıb. Bu da bizim Nəqliyyat Nazirliyinin Azərbaycandan olan hörmətli həmkarları ilə birgə böyük sistemli işidir. Biz, həmçinin burada logistika üzrə bütün müvafiq layihələri davam etdiririk. Siz Şimal-Cənub dəhlizini qeyd etdiniz. Həqiqətən, 30 milyon ton ciddi həcmdir və əlbəttə ki, məntəqələrdə dar yerlərin qalmaması üçün çoxlu iş görülməlidir".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 56 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
21 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























