İstanbulda qaz ticarəti platforması tezliklə istifadəyə verilə bilər
Türkiyə hökuməti ölkənin İstanbul şəhərində təbii qaz ticarəti platformasını ən qısa zamanda istifadəyə verməyi planlaşdırır.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Enerji və İqlim Forumunda bildirib.
“Biz "Qazprom"la (Rusiyanın təbii qaz inhisarçısı) əməkdaşlıq edərək İstanbulun maliyyə mərkəzi üçün qaz ticarəti platformasının yaradılması üzərində işləyirik. Düşünürük ki, biz bunu qısa müddətdə işə sala bilərik”, - o vurğulayıb.
Xatırladaq ki, Türkiyə qaz qovşağı ideyasını 2022-ci ilin oktyabr ayında “Şimal axını”na daxil olan kəmərlərin partladılmasından sonra Rusiya Prezidenti Vladimir Putin irəli sürüb. O, Rusiyadan qaz tədarükünün Qara dəniz regionuna istiqamətləndirilməsini və Türkiyədən Avropaya qaz ixracı, eləcə də bu enerji resursunun qiymətlərinin müəyyən edilməsi üçün platforma yaradılmasını təklif edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















