Çində son altı ayda ilk dəfə inflyasiya qeydə alınıb
Ölkədə fevral ayında qiymətlər illik müqayisədə 0,7% artıb.Çində İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) fevral ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% artıb.
Marja.az Çin Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatlara istinadən xəbər verir ki, keçən ilin avqustundan bəri ilk dəfə Çində yenidən inflyasiya tendensiyası yaranıb.
Fevral ayında Çin Yeni ilinin qeyd olunduğu Bahar Bayramı tətili dövründə xərclərin artması səbəbindən İstehlak Qiymətləri İndeksi son 6 ayda ilk dəfə yüksəlib.
Qiymətlər sonuncu dəfə 2023-cü ilin avqustunda artıb, o zaman İstehlak Qiymətləri İndeksi 0,1% artmışdı. Sentyabr ayında İstehlak Qiymətləri İndeksi illik müqayisədə dəyişməz qalmış, oktyabrda 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,2%, noyabrda 0,5%, dekabrda 0,3%, yanvarda isə 0,8% azalmışdı. Fevralda qiymətlər yanvar ayı ilə müqayisədə 1% artıb.
Ötən ay ərzaq məhsullarının qiymətləri illik müqayisədə 0,9 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 1,1 faiz, xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşıb.
Çin hökuməti 2024-cü ildə qiymətlərin 3% artacağını gözləyir.
İstehsalçı qiymətləri 17 aydır azalır
İstehsalçı Qiymətləri İndeksində 16 aydır davam edən azalma fevral ayında da davam edib. İstehsal məhsullarının fabrik çıxışı qiymətləri əsasında hesablanan İstehsalçı Qiymətləri İndeksi fevral ayında 2,7% azalıb.
2022-ci ilin son rübündə İstehsalçı Qiymətləri İndeksində qeydə alınan azalma 2023-cü ildə də davam edib. İstehsalçı qiymətləri 2024-cü ilin ilk ayında 2,5 faiz azalıb.
Daxili tələbin və ixracın zəifliyi, yerli özünüidarəetmə orqanlarının borc riskləri, daşınmaz əmlak sektorunun azalması və qlobal artımın yavaşlaması ölkə iqtisadiyyatına mənfi təsir göstərməkdə davam edir.
Covid-19 pandemiyasından sonra dünyada, xüsusilə inkişaf etmiş iqtisadiyyatlarda inflyasiyanın yüksək olaraq qaldığı bir vaxtda Çində əks tendensiyanın kök saldığı müşahidə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























