Qızıl investorları ABŞ-ın inflyasiya məlumatlarını gözləyir
İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) faiz dərəcələrini nə vaxt azaltmağa başlaya biləcəyinə dair ipuçları üçün çərşənbə axşamı istehlak qiymətləri indeksinin açıqlanmasını gözləyirlər.
Marja.az xəbər verir ki, dünya bazarlarında külçə qızıl keçən həftə təxminən 5 faiz bahalaşıb.
Qızıl mart ayında dəyər qazanıb. FED-in faiz dərəcələrini azaltmağa nə vaxt başlayacağına dair proqnozda böyük bir dəyişiklik olmadığı nəzərə alınarsa, bu addım bəzi investorları təəccübləndirib. Keçən həftə Konqresdəki çıxışında FED sədri Jerome Powell mərkəzi bankın borclanma xərclərini (faizləri) azaltmazdan əvvəl inflyasiyanın 2 faizlik hədəfə doğru getdiyinə dair “daha çox sübuta” ehtiyacı olduğunu vurğulayıb. Siyasətçilər də oxşar bəyanatlar verdilər.
Qızıl Bakı vaxtı ilə saat 11:06-da 0,35 faiz ucuzlaşma ilə 2175 dollar/unsiya səviyyəsində ticarət olunub.
Ötən həftə qızılın unsiyasının qiyməti 2203 dolları görüb. İyun ayından etibarən faiz dərəcələrinin azalacağına dair gözləntilərin artması və "təhlükəsiz liman" tələbinin artması mart ayında külçə qiymətlərinin yeni rekord səviyyələrə yüksəlməsinə səbəb olub.
İnvestorlar faiz dərəcələrinin gedişinə təsir edəcəyi gözlənilən mühüm ABŞ inflyasiya məlumatlarından əvvəl müəyyən mənfəət əldə etdikləri üçün qızıl cüzi ucuzlaşaraq rekord səviyyələrdən aşağı düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
9 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























