Apple-ın Çində iPhone satışları 33 faiz azalıb
Apple-ın ən əhəmiyyətli bazarlarından biri olan Çində iPhone satışları fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz azalıb. Beləliklə, satışlar ardıcıl 2 ay geriləyib.Çin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının məlumatlarına görə, Çində iPhone smartfonlarının satışı keçən ay 33 faiz azalıb. Ötən ay ölkədə beynəlxalq brendlərin smartfon satışı cəmi 2,4 milyon ədəd olub. Azalmaya baxmayaraq, Apple beynəlxalq satışlarda ən böyük paya sahib olub.
Apple yanvar ayında Çində 5,5 milyon ədəd smartfon satıb.
ABŞ-ın texnologiya nəhənginin Çində premium smartfonlar sahəsində əsas rəqibi olan Huawei-nin son telefon modelləri Apple-ın bazar payının azalmasına səbəb olub. Apple-ın satışları bu ilin ilk 6 həftəsində 24 faiz azalıb.
Çində ümumi smartfon bazarı da fevral ayında təxminən üçdə bir azalıb. Bu vəziyyət istehlakçıların dəbdəbəli məhsulları istehlak etməkdən çəkindiyini göstərib.
Analitiklər iPhone satışlarının azalmasının ilin qalan hissəsində də davam edəcəyini gözləyirlər. Jefferies-dən Edison Linin rəhbərlik etdiyi analitiklər iPhone satışlarının bu il 20 faizdən çox azalacağını və bazar itkilərinə səbəb olacağını gözləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























