McDonald's-ın gəlirləri və mənfəəti artıb
McDonald's 2024-cü ilin birinci rübü üçün balans hesabatını açıqlayıb.
Marja.az Şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, McDonald's gəliri ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 6,17 milyard dollar təşkil edib. Şirkət 2023-cü ilin eyni rübündə təxminən 5,9 milyard dollar gəlir əldə etmişdi.
Restoranlar şəbəkəsinin mağaza satışları 1,9% artsa da, bazarın 2,1 faizlik artım proqnozunu qarşılaya bilməyib.
McDonald's-ın strateji tərəfdaşlara françayzinq hüquqlarını lisenziyalaşdırdığı "Beynəlxalq Təkmilləşdirilmiş Lisenziyalı (IDL) Bazarlar" qrupunda satışlar Yaxın Şərqdə davam edən müharibənin təsiri səbəbindən mənfi performans göstərib.
Şirkətin bu qrupdakı satışları 0,2% azalıb və Covid-19 epidemiyasından sonra ilk dəfə bir bazar qrupunda McDonald's-ın satışlarında azalma olub.
McDonald's-ın xalis mənfəəti birinci rübdə 7 faiz artaraq 1,9 milyard dollar təşkil edib. Şirkət ötən ilin eyni dövründə 1,8 milyard dollar mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin ilk rübündə 2,45 dollar olan səhm üzrə mənfəəti 2024-cü ilin ilk rübündə 2,66 dollara yüksəlsə də, bazar gözləntilərindən aşağı olub.
“İstehlakçı təzyiqləri davam edir”
McDonald's-ın Baş İcraçı Direktoru (CEO) Chris Kempczinski şirkətin balans hesabatının açıqlanmasından sonra keçirilən investor konfransında ilin birinci rübündə bütün dünyada geniş istehlakçı təzyiqlərinin davam etdiyini bildirib.
İstehlakçıların gündəlik xərclərində yüksək qiymətlərlə qarşılaşdıqları üçün xərclədikləri hər dollara qarşı daha seçici olmağa davam etdiklərini qeyd edən Kempczinski, bunun sürətli xidmət restoran sənayesinə təzyiq etdiyini vurğulayıb.
Şirkətin Baş Maliyyə Direktoru (CFO) İan Borden də Yaponiya, Avropa və Latın Amerikasında IDL qrupunun müsbət satışlarının Yaxın Şərqdə davam edən müharibənin təsiri ilə balanslaşdırıldığını qeyd edib.
McDonald's IDL market qrupuna boykotlardan təsirlənən Yaxın Şərqdəki restoranlar da daxildir.
“İsrail əsgərlərinə pulsuz yemək” etirazlara səbəb olub
İsrailin Qəzza zolağına hücumlarını dəstəkləyən bəyanatlar verən və yardım göndərən beynəlxalq şirkətlər dünyanın bir sıra regionunda boykot edilir. "McDonald's İsrail" şirkətinin İsrail əsgərlərinə pulsuz yemək paylayacağını açıqlaması da böyük reaksiyaya səbəb olub.
ABŞ-ın sürətli xidmət göstərən restoranlar şəbəkəsi aprelin əvvəlində İsraildə 225 françayzi restoranı olduğunu açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























