AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq
Yayın gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropa və Asiya şəhərlərinə uçuş proqramını genişləndirməyi planlaşdırır və sərnişinlərinə 60-a yaxın istiqamət üzrə uçuşlar təklif edir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu yay aviaşirkət sizi Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Pakistan və digər ölkələrin bir çox şəhərlərinə səyahət etməyə dəvət edir.
Aviaşirkətin Avropa üzrə uçuş coğrafiyası iyun ayından etibarən Buxarest və Sofiyaya reyslərin açılması ilə daha da genişlənəcək. Yayda AZAL sərnişinlərinin səyahət edə biləcəyi Avropa şəhərlərinin ümumi sayı 10-a qədər artacaq.
Aviaşirkət Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki çimərlik kurortlarına, eləcə də Qırmızı dəniz və Fars körfəzi sahillərində yerləşən şəhərlərə və digər mükəmməl istirahət məkanlarına çox sayda uçuşlar təklif edir. AZAL-ın reysləri ilə sərnişinlərin Bakıdan Barselona, Batumi, Soçi, Trabzon, Antalya, Dalaman, Bodrum, İzmir kimi heyrətamiz yerlərə, həmçinin Dubay, Tivat, Bəhreyn və gözəl çimərlikləri və maraqlı görməli yerləri olan dünyanın digər şəhərlərinə səfər etmək imkanı var.
Yeni mədəniyyət və ənənələrə qərq olmaq istəyən səyahətçilər aviaşirkətin Pekin, Mumbay, Nyu-Dehli, İslamabad, Kəraçi və ya Lahor kimi istiqamətləri üzrə səyahət edə bilərlər.
Bu ilin yay cədvəli çərçivəsində, xüsusən də məşhur beynəlxalq marşrutlarda, uçuşların tezliyinin əhəmiyyətli dərəcədə artırılması səyahətlərin planlaşdırılmasında rahatlığı təmin edəcək. Uçuş tezliklərinin artacağı istiqamətlərə Berlin, Moskva, Sankt-Peterburq, Ufa, Soçi, Antalya, İzmir, Trabzon, Bodrum, Tel-Əviv, Kişineu, Almatı, Batumi, Pekin, Sofiya, Tivat, Dammam, Dehli, Mumbay və s. daxildir.
Qeyd edək ki, 2022-ci ildə “Azərbaycan Hava Yolları” aviaşirkəti yay cədvəli çərçivəsində 27 istiqamət təklif edib, 2023 və 2024-cü illərdə bu göstərici 2 dəfədən çox artaraq müvafiq olaraq 55 və 58 istiqamətə çatıb.
AZAL-ın bu yay beynəlxalq istiqamətlər üzrə ən çox reys həyata keçirəcəyi şəhərlər siyahısında ilk beşlikdə İstanbul, Antalya, Moskva, Dubay və Tbilisi yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























