Yaponiya iqtisadiyyatı 2% azalıb
Göstəricinin azalmasının əsas səbəblərindən biri ölkədə fərdi istehlakın 0,7% azalması olub.Yaponiyanın real ümumi daxili məhsulu (ÜDM) 2023-cü maliyyə ilinin dördüncü rübündə (2024-cü ilin yanvar-mart ayları) şəxsi istehlakın zəifləməsi nəticəsində illik müqayisədə (ötən ilin eyni dövrü ilə) 2% azalıb.
Marja.az xəbər verir ki, bunu ölkə hökumətinin dərc etdiyi məlumatlar göstərir.
Bir əvvəlki rüblə müqayisədə isə yanvar-mart aylarında azalma 0,5% olub. Nominal ÜDM ötən rübdə illik müqayisədə 0,4% artıb.
ÜDM-in azalmasının əsas səbəblərindən biri Yaponiyada şəxsi istehlakın 0,7% azalması olub. Bu, ölkənin ümumi iqtisadiyyatının təxminən yarısını təşkil edir.
Bundan əlavə, iqtisadiyyat üçün mənfi amil Daihatsu-da qəza testi məlumatlarının saxtalaşdırılması ilə bağlı qalmaqaldan sonra maşınqayırma və avtomobil sənayesinə investisiyaların azalması fonunda kapital qoyuluşunun 0,8% azalması olub. Avtomobil sənayesi Yaponiya iqtisadiyyatı üçün əsas sahələrdən biridir.
Analitiklərin fikrincə, iqtisadiyyat iyunda başa çatacaq növbəti rübdə bərpa olunmağa başlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
5 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
8 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























