Qazaxıstan Vyetnam şirkətlərinə Orta Dəhlizdən istifadəni təklif edib
Qazaxıstan Vyetnama Avropaya məhsul ixracı üçün Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) imkanlarını nəzərdən keçirməyi təklif edib.
Bu barədə Qazaxıstan hökumətinin açıqlamasına istinadən xəbər verilir.
Bildirilib ki, mayın 15-də Qazaxıstan Baş nazirinin müavini Serik Jumanqarin Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Zien ilə görüşüb: “Görüş zamanı S.Jumanqarin bildirib ki, Vyetnam Qazaxıstan üçün Asiyada mühüm tərəfdaşlardan biridir. İki ölkə arasında ticarət dövriyyəsi (2023-cü ildə) 85 % artaraq, təxminən 1 milyard ABŞ dollarına çatıb”.
Baş nazirin müavini Vyetnam şirkətlərinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) imkanlarını araşdırmağı təklif edib, çünki bu, Vyetnam ixracatının dəniz marşrutları ilə müqayisədə Şərqdən Qərbə 3-4 dəfə daha sürətli hərəkət etməsinə imkan verəcək və xərcləri əhəmiyyətli dərəcədə azaldacaq.
“Biz TBNM-i Asiya ilə Avropa arasında ən optimal marşrut hesab edirik. Biz həmçinin Lianyunqanq dəniz limanında Qazaxıstan-Çin terminalının və Siandakı quru limanın imkanlarından istifadə etməyi təklif edirik”, - S.Jumanqarin vurğulayıb.
Görüş zamanı tərəflər nadir torpaq metallarının hasilatı və emalı sahəsində əməkdaşlıq imkanlarını da müzakirə ediblər.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
29 d. əvvəl
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
-
32 d. əvvəl
“PAŞA Sığorta” başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
-
-
40 d. əvvəl
“Cisco” ilə Azərbaycanda regional mərkəz və akademiya müzakirə edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
-
1 saat əvvəl
Azərbaycanda hər 10 minik avtomobilindən 8-nin yaşı 10 ildən yuxarıdır
-
2 saat əvvəl
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır
Azərbaycan startapı NVIDIA-nın qlobal proqramına qəbul olundu
İnvestorların daşınmaz əmlaka baxışı dəyişib – "Avant Group"un rəhbəri yeni trendləri açıqladı
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
AMD süni intellekt şirkətini 8,2 milyard dollara alır
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası


























