Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 5,1 milyard manatlıq elektron ticarət - 2 DƏFƏYƏ YAXIN ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 5,1 milyard manatlıq elektron ticarət - 2 DƏFƏYƏ YAXIN ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 17 milyon 676 min ədəd təşkil etmişdir.

Reklam_3_11

Marja.az Mərkəzi Bankın aylıq Statistik bülleteninə istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22.2% artmışdır.

Ödəniş kartlarında artım debet kartları üzrə 22.9%, kredit kartları üzrə 17.5% təşkil etmişdir.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır.

2024-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 147 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 149 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62%- ni təşkil etmişdir.

 Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 3.2%, POS-terminalların sayı 17.4% artmışdır.

elektron ticarət
22.05.2024 15:17
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18