Şərəfli yolunu özü inşa etmişdi
“Öz qismətinə heyran qalan, Canım Atam”. Ölümündən sonra onun barəsində qızının sosial şəbəkədə paylaşımında bu fikri qeyd etməsi diqqət çəkməyə bilməzdi. Həqiqətən də belə oldu. Bir anda ölüm xəbəri yayılanda heç kim inanmaq istəmədi. “Bu nə qismətdir” deyərək təəccüblənən, şok keçirən bir çoxları eşitdiklərinin həyəcanını yaşadı. Elə övladı Tövhə xanımın yazdığı kimi, atası da öz qismətinə heyran qalmışdı.
Bir neçə gün öncə Azərbaycanın yol təssərrüfatında tanınmış insan, əməkdar mühəndis, “Azvirt” MMC-nin baş mühəndisi Cəfərağa Şiriyevi itirdik. O, bu dünyada 72 il şərəfli, ləyaqətli ömür sürdü. 19 may 2024-cü ildə qəflətən vəfat etdi. Həm işlədiyi sahədə, iş yerində, həm də insanların qəlbində böyük boşluq yaratdı.
Şiriyev Cəfərağa Ağabala oğlu 19 mart 1952-ci ildə Salyan şəhərində anadan olub. 1968-ci ildə orta təhsilini başa vurandan sonra Azərbaycan Politexnik İnstitutunda avtomobil yolları üzrə mühəndis ixtisası üzrə təhsil alıb və oranı 1974-cü ildə bitirib.
C.Şiriyev 1974-1978-ci illər ərzində Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin 12 saylı Yol Tikinti İdarəsində iş icraçısı, baş mühəndis vəzifələrində işləyib. 1978-1990-cı illər ərzində 6 saylı “Xüsusiyoltresti” idarəsində iş icraçısı, baş mühəndis vəzifələrində, 1990-1992-ci illər ərzində “Azərneft” Yol Tikinti Təmir Trestinin 1 saylı Yol Tikinti İdarəsində baş mühəndis, həmin idarənin rəisi vəzifələrində çalışıb. 1992-1993-cü illər ərzində Bakı şəhəri İcra Hakimiyyətinin “Yoltəmirtikinti” Baş İstehsalat İdarəsində Elmi-İstehsalat Müəssisəsinin direktoru, 1993-1995-ci illərdə “Azəryoltikintitəmir” trestinin “İnkişaf” Elmi-İstehsalat müəssisəsinin rəisi, 1995-ci ildə Yol Təmir Trestində Baş İstehsalat İdarəsinin Şəhər Yolları istismarı idarəsində rəis müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib.
1995-ci ilin noyabr ayından ölkəmizin tanınmış yol tikinti şirkəti olan “Azvirt” Azərbaycan-Almaniya Birgə müəssisəsinin Asfalt-Beton İstehsalı zavodunun direktoru vəzifəsində işə balayıb, 2004-cü ildən isə ömrünün sonunadək bu şirkətin baş mühəndisi vəzifəsində işləyib. 10 aprel 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Bir çox mükafatlar alıb.
Cəfərağa Şiriyev “Azvirt” MMC-də çalışdığı dövrdə bir çox yol və hava limanı infrastruktur layihələrinin ərsəyə gəlməsində zəhmət sərf edib. Elə bir layihə yoxdur ki, orda onun adı keçməsin. Böyük Şor dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan-Bilgəh, Buzovna-Mərdəkan-Qala, , Qala-Pirallahı, "Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, Olimpiya Stadionuna aparan yollar, körpülər, tunellər, Formula-1 “Azərbaycan Gran Prisi” üçün inşa olunan trek və s. saya bilmədiyimiz daha neçə-neçə layihədə Cəfərağa müəllimin izini görmək, nəfəsini duymaq mümkündür. Serbiya, Bosniya və Herseqovina, Ukrayna, Qırğızıstan kimi ölkələrdə icra edilən beynəlxalq layihələrdə də baş mühəndis olaraq Cəfərağa Şiriyev Azvirtin işini ləyaqətlə yerinə yetirib.
Gələn il 30 yaşını qeyd edəcəyimiz Azvirt-in 20 il baş mühəndisi olmaq böyük məsuliyyət deməkdir. Bu illər ərzində C.Şiriyevin hava nəqliyyatı sahəsində icra edilən layihələrdə də əməyi danılmazdır. Heydər Əliyev Beynəlxalq Hava Limanında bir sıra infrastruktur layihələri, eləcə də Yeni Aerovağzal Terminalı, o cümlədən 2006-2013-cü illərdə Gəncə, Lənkəran, Zaqatala, Qəbələ, Yevlax hava limanlarının inşaatında da o, daim iş başında olardı.
Nəhayət Cəfərağa müəllim ən böyük arzularından birini də həyata keçirə bildi. Doğma torpaqlarımız işğaldan azad edildikdən sonra ona demək olar ki, “Azvirt”in baş ofisində az-az rast gəlinirdi. Çünki müqəddəs torpaqlarda şirkətə böyük etimad göstərilərək, Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava Limanları, “Zəfər Yolu”, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın, Füzuli-Hadrut yolları kimi mühim layihələrin icrası həvalə olundu.
O, bəlkə də sayıla biləcək baş mühəndislərdən idi ki, gününü istehsalatda, tikinti meydançasında keçirirdi. Çünki bunu görüb mənimsədiyi bir məktəb vardı. Bu məktəb “Azvirt”in yaradıcısı, görkəmli alim, texnika elmləri doktoru, professor Əli Musa oğlu Əliyevin məktəbi idi. İlk vaxtlardan ondan öyrənmək, onun dediklərini yaddaşda həkk etmək, həm idarəetmədə, həm də elmi izahlardan yararlanmaq Cəfərağa müəllimi bu sahədə püxtələşdirmişdi. C.Şiriyev professor Əli müəllimin bir deyimini heç vaxt unutmurdu: “Neçə illərdir bu asfaltı qurdalayıram, amma hələ də heç nə bilmirəm”. Böyük bir alimdən bu sözü eşitmək nə qədər qəribə səslənsə də, bunun qiymətli hikməti vardı. Məhz Cəfərağa müəllim də belə dəyərli kəlamlar üzərində inkişaf yolu keçib, böyük layihələrə imza ata bilmişdi.
Yorulmurdu. Xüsusən də Qarabağda daha çox qalmağa üstünlük verirdi. Elə sonuncu dəfə də mayın 18-də - həftənin 6-cı günü axşam saatlarında Zəngilandan qayıtmışdı. Bazar günü günortaya yaxın isə vəfat etməsi xəbəri yayıldı.
Özündən sonra yadigarı olan 3 qızı və 6 nəvəsi qalıb. Nəvələrindən Rəşad Mövsümov Memarlıq və İnşaat Universitetinin 4-cü kurs tələbəsidir və babasının yolunu davam etdirir.
O, sözün əsl mənasında Azərbaycanı “Gələcəyə aparan yollar”da öz adını əbədiləşdirə bildi. Harda “Azvirt” adı çəkilirsə, deməli orda bu peşəkar əməkdar mühəndisin ruhu da yaşayır. Cəfərağa müəllimin əziz xatirəsi “Azvirt” ailəsi, doğmaları, eləcə də, onu tanıyan digər insanların qəlbində daim yaşayacaqdır.
Nəriman Nağıyev
“Azvirt” MMC, baş direktorun müavini
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 33 d. əvvəl
-
37 d. əvvəl
Yapı Kredi Bank Azərbaycan sərfəli payız kredit kampaniyasını təqdim edir! ®
-
-
1 saat əvvəl
İranda dollar tarixi rekordu yenilədi – 1 dollar 245 min tümənə qalxıb
- 1 saat əvvəl
-
12 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
12 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
- 12 saat əvvəl
-
12 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
13 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
13 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
15 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
Ən çox oxunanlar
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
























