Fitch Türkiyənin iqtisadi artım proqnozunu artırıb
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings 2024-cü il üzrə Türkiyə iqtisadiyyatının artım proqnozunu 2,8 faizdən 3,5 faizə yüksəldib.Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings Qlobal İqtisadi Proqnozlar Hesabatının iyun buraxılışını "Pul siyasəti yeni mərhələyə qədəm qoyur" başlığı ilə dərc edib.
Marja.az xəbər verir ki, Türkiyə iqtisadiyyatına dair qiymətləndirmələrin də yer aldığı hesabatda, bu ilin ilk rübündə ixracatdakı canlanma, idxalın kəskin azalması və daxili tələbin hələ də güclü olması səbəbindən iqtisadiyyatın gözləntilərin üzərində artdığı qeyd edilib.
Hesabatda Türkiyə iqtisadiyyatının bu il üçün artım proqnozunun 2,8 faizdən 3,5 faizə yüksəldiyi bildirilib. Qeyd edilib ki, ölkə iqtisadiyyatının 2025-ci ildə 3 faiz, 2026-cı ildə isə 3,2 faiz artacağı gözlənilir.
Hesabatda daha sərt pul siyasəti, kredit artımının yavaşlaması və fiskal siyasətdə gözlənilən sərtləşdirmənin bu il inflyasiyanın azalmasına kömək edəcəyi, əhəmiyyətli baza təsirləri ilə iyul ayından başlayaraq illik faiz dərəcəsinin azalmasına töhfə verəcəyi bildirilib.
Hesabatda 2024-cü ilin sonuna inflyasiya gözləntisinin 43 faiz, 2025-ci il üçün 23 faiz, 2026-cı il üçün isə 18 faiz olduğu qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
6 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 7 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























