Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Kapital Bank: Dollar istiqrazlarının yerləşdirilməsi yekunlaşıb, 32 investor iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank: Dollar istiqrazlarının yerləşdirilməsi yekunlaşıb, 32 investor iştirak edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

11 iyun 2024-cü il tarixində Kapital Bank-ın buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dolları həcmində olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Kapital Bank-ın yaydığı məlumatda bildirilir ki, 24 iyun 2024-cü il tarixində isə sözügedən istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi başa çatıb. Yerləşdirmədə 32 investor iştirak edib.

Xatırladılıb ki, təklif edilən subordinasiya istiqrazlarının hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. 

25.06.2024 17:39
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18