"Rusiya ilə svop sazişi rubl və rialın möhkəmlənməsinə töhfə verəcək"
İran və Rusiyanın mərkəzi bankları arasında bağlanan milli valyutalarla svop sazişi rubl və rialın möhkəmlənməsinə, həmçinin dolların qarşılıqlı hesablaşmalardan kənarda qalmasına töhfə verəcək.
Marja xəbər verir ki, bu fikri İran Mərkəzi Bankının sədr müavini Möhsün Kərimi bölüşüb.
“İki mərkəzi bank arasında bağlanan saziş iki ölkə arasında pul kütləsinin mübadiləsi üçün bir kanaldır, bu, de-dollarizasiya və sanksiyaların azaldılmasına yönəlmiş bir yanaşmadır və başqa sözlə, bu tədbir sanksiyalara məruz qalmır, hər iki ölkənin milli valyutalarına heç bir sanksiya təsir etməyəcək”, - deyə o bildirib.
Kərimi qeyd edib ki, bütün ölkələr uzun müddət dollarla ticarət aparsalar da, “son zamanlar bəzi müstəqil dövlətlər dollar və avrodan imtina edərək milli valyutalara keçiblər”. Onun sözlərinə görə, xarici ticarətdə dollardan istifadə risklərlə doludur. Bu baxımdan İran sanksiyalara məruz qalan ölkə kimi bu riskləri minimuma endirmək üçün ikitərəfli valyuta müqavilələri bağlamağa başlayıb.
Onun sözlərinə görə, belə infrastruktur mövcud olduqda, hər iki ölkənin “dollar və ya avrodan istifadə etməsinə ehtiyac qalmayacaq” və iranlı ixracatçılar ofşor adlanan əməliyyatlar nəticəsində əldə etdikləri rialı sərbəst şəkildə dollara və ya avroya çevirə biləcəklər. İran Mərkəzi Bankının sədr müavini: “Bu, İran ixracatçılara Rusiya ilə ticarət etmək üçün yaxşı stimul olacaq”.
Valyuta svopu hər iki tərəfin valyuta bazarında satın almadan başqa ölkənin valyutasında likvidliyə çıxış əldə etdiyi alətdir.
İyulun 6-da İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin bildirib ki, iyulun 4-də Sankt-Peterburqa səfəri zamanı Rusiya Bankının sədri Elvira Nabiullina ilə görüşüb və saziş imzalanıb. Onun sözlərinə görə, yaxın vaxtlarda “Shetab” sahibləri Rusiya mağazalarında İran bank kartı ilə alış-veriş haqqını ödəyə, ruslar isə İranda “Mir” kartlarından istifadə edə biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























