"Azərbaycan iqtisadiyyatının dollardan aslılığının azalması xarici risklərə həssaslığı azaldıb"
Azərbaycan iqtisadiyyatının dollardan aslılığının azalması, valyuta bazarlarının əhəmiyyətli dəyişkənliyə məruz qalmasını azaldaraq kreditlərin xarici risklərə həssaslığını azaldıb.
Bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytinqinin müsbət proqnozla “Ba1” səviyyəsində təsdiqlənməsi ilə bağlı hesabatında qeyd olunub.
Bununla yanaşı, “Moody's”in analitikləri hesab edir ki, bankların xarici valyuta risklərinin azaldılması üçün prudensial tədbirlərin sərtləşdirilməsi fonunda maliyyə sistemində dollarlaşma davam edib:
"Azərbaycanda maliyyə sektoru tənzimlənməsinin keyfiyyətinin yaxşılaşdırılması bank sektorunda daha böyük dayanıqlılığı təşviq edir və hökumət üçün şərti öhdəlik risklərini azaldır. Son illərdə bank sektorunda aktivlərin keyfiyyəti müxtəlif şoklara baxmayaraq davamlı olaraq yaxşılaşıb, yüksək ehtiyatlar ciddi şoklara qarşı absorbsiya qabiliyyətini artırıb. Bankların kapital və likvidlik mövqeyi güclüdür və Bazel III standartlarının tədricən tətbiqi ilə daha da güclənəcək".
Hesabata görə, 2022-2023-cü illərdə pul siyasətinin sərtləşdirilməsi əvvəlki şoklara nisbətən daha çox effektiv olub, daha tez-tez, lakin daha az intensivliklə uçot dərəcəsinin artırılması inflyasiya təzyiqlərini cilovlayıb.
"Pul siyasətinin təkmilləşdirilmiş effektivliyi və etibarlılığı, siyasət qərarlarının verilməsindəki şəffalığı artıran islahatlarla yanaşı makroprudensial risklərin monitorinqi və idarə edilməsində daha çox proaktiv yanaşmanı əks etdirir.
2022-ci ilin sonlarında yeni əməliyyat çərçivəsinin tətbiqi ilə pul siyasətinin ötürülməsini təkmilləşdirmək üçün davam edən səylər islahat öhdəliyindən xəbər verir ki, bu da siyasətin effektivliyini daha da artıracaq və uzunmüddətli perspektivdə inflyasiya hədəfləmə rejiminə keçid üçün zəmin yaradacaq", - “Moody's” bildirir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
6 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
7 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
9 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























