Bu yay güclü istilər mayeləşdirilmiş təbii qaz qiymətlərini artırır
Bu yayın kəskin isti dalğası bütün Asiyada mayeləşdirilmiş təbii qazın (LNG) qiymətlərinin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur. İyunun ortalarında qiymət 1 milyon BTU (British Thermal Unit) üçün 12,6 dollara çatıb.
Marja.az Yaponiyanın aparıcı iqtisadi qəzeti Nikkei-yə istinadən xəbər verir ki, bu, martın əvvəlindən təxminən 1,5 dəfə çoxdur və 2023-cü ilin dekabrından bəri ən yüksək səviyyədir.
İyulun əvvəlində Asiya bazarlarında qiymət təxminən eyni səviyyədə, 1 milyon BTU üçün 12,5 dollar olub. Nikkei qeyd edir ki, Avropa İttifaqında LNG qiymətləri də 2023-cü ilin dekabr ayından bəri ən yüksək səviyyədədir.
Qəzet vurğulayır ki, “qiymətlərin artımında əsas amil güclü istilərdir. Dünyanın ən böyük LNG alıcısı olan Çində bu yazda temperatur 1961-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. Dünyanın ikinci ən böyük LNG alıcısı Yaponiyada da bu yay temperatur nəzərəçarpacaq dərəcədə orta səviyyədən yüksəkdir.
Güclü istilər LNG-yə tələbatı artırır, çünki kondisionerlər və soyuducular üçün daha çox elektrik tələb edir".
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ildə Asiya-Sakit Okean regionunda mayeləşdirilmiş təbii qaz istehlakı 2020-ci ilin səviyyəsi ilə müqayisədə 12% artaraq 937 milyard kubmetr təşkil edəcək, bu qlobal istehlakın təxminən 20%-ni təşkil edir. Qəzet yazır ki, Asiyada LNG-yə artan tələbat onun qiymətlərini qlobal miqyasda artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 10 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























