Azərbaycanda rəsmi avtodilerlərin adından verilən zəmanət etibarlıdırmı?
Azərbaycana qeyri-rəsmi qaydada avtomobil gətirənlər əlavə ödəniş müqabilində rəsmi dilerlərin adından azı 1 illik zəmanət təklif edirlər.
Söhbət əsasən, Cənubi Koreya istehsalı olan yeni maşınlardan gedir.
Bəs pulla satılan zəmanət nə dərəcədə etibarlıdır? Mövzu avtomobil bazarı üzrə ekspertlərlə müzakirə edilib.
Onlardan biri Elnar Rzayev deyir ki, ödənişli zəmanətlərin hüquqi əsası yoxdur: "Zəmanət istehsalçı ilə rəsmi diler arasında imzalanmış müqavilə əsasında verilir. Qeyri-rəsmi idxalçıların təklif etdiyi zəmanət bu qanuni çərçivəyə uyğun gəlmir və hüquqi əsası yoxdur. Pulla zəmanət alanlar sabah avtomobillə bağlı yaranacaq problemlər zamanı çətinliklərlə üzləşə bilər və bir növ riskə getmiş olurlar".
"Qeyri-rəsmi qaydada, əsasən Çindən idxal olunan avtomobillər rəsmi dilerlərin satdığı maşınlarla müqayisədə bazara aşağı qiymətlərlə bazara daxil olur. Bu da alıcılarda şübhə yaradır və hər adam o cür avtomobilləri almır. Odur ki, idxalçılar əlavə ödəniş müqabilində rəsmi dilerin adından zəmanət təklif edirlər. Lakin bu zəmanətlərin etibarlılığı və qanuniliyi sual altındadır”, - deyə ekspert əlavə edib.
"Ümumiyyətlə, maşın alanlar onun mənşəyini və spesifikasiyasını diqqətlə araşdırmalı, Avropa standartlarına cavab verdiyinə əmin olmalıdırlar. Ən yaxşısı rəsmi dilerdən rəsmi zəmanətlə avtomobil almaqdır. Bu yanaşma alıcının uzunmüddətli perspektivdə rahatlığı üçün ən düzgün seçimdir", - deyə E.Rzayev vurğulayıb.
Digər ekspert Eldəniz Cəfərov isə bildirir ki, pulla zəmanətin etibarlılığı avtomobilin Avropa standartlarına uyğun olub-olmamasından və rəsmi dilerin buna icazə verib-verməməsindən asılıdır. “Azərbaycan bazarında əsasən Avropa spesifikasiyasına uyğun maşınlara tələbat var. Əgər qeyri-rəsmi qaydada gətirilən avtomobil Avropa spesifikasiyasına uyğundursa, qitənin ekoloji və təhlükəsizlik standartlarına cavab verirsə, rəsmi dilerin servisində tam müayinə olunubsa, həmin maşına rəsmi dilerin adından verilməsi mümkündür. Lakin bunun üçün isə həmin dilerin icazəsinin olması vacibdir. Əks halda, bu cür zəmanətin etibarlılığı sual altındadır. Məsələn, əgər avtomobil Çin və yaxud ABŞ bazarı üçün istehsal edilibsə, ona Azərbaycanda Avropa zəmanəti vermək mümkün deyil".
© Report
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 saat sonra
-
1 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi




















