Azərbaycanda nağd və nağdsız xarici valyutanın alqı-satqısı həcmi artıb - 20,2 MİLYARD DOLLAR
2024-cü ilin 6 ayında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq formalaşmışdır. Tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləmişdir.
Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın 2024-cü ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Qeyd edilib ki, 2024-cü ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 81%-i ABŞ dollarında, 19%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 28%-i banklararası valyuta bazarında (BVB), 72%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Xatırladaq ki, 2023-cü ilin 6 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 13.4 mlrd. ABŞ dolları ekvivalentində olmuşdu. Nağdsız valyuta əməliyyatlarının 79.5%-i ABŞ dollarında, 20.5%-i isə digər valyutalarda aparılmışdı. Valyuta əməliyyatlarının 20%-i banklararası valyuta bazarında (BVB), 80%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdi.
2024-cü ilin 6 ayında BVB-də əməliyyatların həcmi 4.9 mlrd. ABŞ dolları (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olmuşdur. Bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında aparılmışdır.
BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır. BDVB-də valyuta əməliyyatlarının həcmi 12.9 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur ki, bunun da 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil etmişdir.
BDVB-də valyuta əməliyyatlarının 92%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 2.4 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 87.5%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
Xatırladaq ki, 2023-cü ilin 6 ayında banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrünə nəzərən 29% azalaraq 1.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdu. Bunun 84%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələmişdi.
2024-cü ilin 6 ayında Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 44 hərrac baş tutmuşdur.
Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın hərəkət etmişdir. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6950 manat, satış məzənnəsi isə 1.7021 manat təşkil etmişdir.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan digər ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir.
Müştərilərin xəbərləri
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 25 d. əvvəl
- 29 d. əvvəl
-
-
32 d. əvvəl
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
- 35 d. əvvəl
-
39 d. əvvəl
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
-
43 d. əvvəl
“AzerGold”un ixracdan gəliri 32,6 milyon dollar artıb – 180 milyon dolları keçib
- 55 d. əvvəl
-
1 saat əvvəl
Avropa qışa təhlükəli dərəcədə aşağı qaz ehtiyatları ilə daxil ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Oktyabr ayının hava proqnozu açıqlanıb
AZAL-ın ixrac göstəricisi 12 faizə yaxın azalıb
Dövlətin pambıq şirkətindən 20 milyon dollara yaxın əlavə ixrac
“SOCAR Polymer”in ixracı geriləyib – 15 milyon dollara yaxın azalma
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
Ən çox oxunanlar
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Əliyev Pezeşkiana zəng edib
Aviaşirkətin ixracında kəskin sıçrayış
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Şarja-Bakı reysində milyonluq brilyant əməliyyatı - 2 502 karat brilyant tapılıb, dəyəri 4 milyon manatdan çoxdur


























