Avqustda Avropada birjada qazın orta qiyməti 19% bahalaşıb
ICE məlumatlarına görə, bu dinamikanın əsas səbəbi Kursk bölgəsində baş verən hadisələr olub.Avropada qazın orta birja qiyməti avqustun əvvəlindən 19% artaraq 2023-cü ilin noyabr-dekabr aylarından bəri ən yüksək həddə çatıb. Bu dinamikanın əsas səbəbi Kursk vilayətində baş verən hadisələrdir.
London ICE Futures Exchange-ın məlumatlarına görə, iyulda Avropada qazın orta qiyməti 1 min kubmetr üçün təxminən 366 dollar təşkil edib. Lakin artıq avqustun 16 günündə orta qiymət 19% artaraq 435 dollara yüksəlib.
Kursk vilayətində baş verən hadisələr fonunda Ukrayna ərazisindən qaz tranziti ilə bağlı vəziyyət investorları narahat edir. Avqustun 6-da Ukrayna Silahlı Qüvvələrinin Sudja qazölçmə stansiyasının (GIS) yerləşdiyi Kursk vilayətinə kütləvi hücumu başlayıb. Oradan keçən tranzit xətti Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli üçün yeganə marşrut olaraq qalır.
Əgər iyulun 31-də qaz fyuçersləri 1 min kubmetr üçün təxminən 398 dollara satılırdısa, avqustun 16-da ticarət 448 dollar səviyyəsində bağlanıb ( əvvəlki ayın sonundan 13% yüksək). Avqustun əvvəlində qiymətlər hətta 390 dollara düşsə də, sonra avqustun 6-dan kəskin bahalaşma müşahidə olunub. Avqustun 12-də, 2023-cü ilin dekabr ayının əvvəlindən bəri ən yüksək göstərici olan 480 dolları ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















