Qızılın qiymətində yeni rekord
Qızıl bahalaşamaqda davam edir. Qlobal bazarlarda 1 unsiya qızılın qiyməti rekord qırırb.
Marja xəbər verir ki, qızılın unsiyası 2 min 570 dolları görüb. Bu il qızıl 22%-dən çox, son 12 ayda isə 33% dəyər qazanıb.
Qiymətli metalın qiyməti ötən cümə günü ilk dəfə olaraq 2500 dolları ötüb. Hər biri təxminən 400 unsiya ağırlığında olan külçə qızılın dəyəri də 1 milyon dolları keçib.
İnvestorlar ABŞ Mərkəzi Bankının (FED) sədri Jerome Powell-in bu həftəki Jackson Hole simpoziumunda çıxışını gözləyirlər. Onlar FED sədrinin çıxışında faiz dərəcəsinin azaldılması barədə ipucu axtaracaqlar. FED-in faizlərini aşağı salmağa başlamasının qızılı daha da bahalaşdıracağı gözlənilir.
Dollar və istiqrazların gəlirliliyi çox sərfəli olmadığı üçün investorlar qızıla üz tuturlar.
İnvestorlar bu həftə açıqlanacaq digər ABŞ məlumatlarını, xüsusən də FED-in faiz dərəcəsini azaltması prosesində həlledici ola biləcək işsizlik müavinəti müraciətlərini yaxından izləyəcəklər.
Qızılın bahalaşmasına mərkəzi bankların güclü alışları, eləcə də Yaxın Şərq və Ukraynada davam edən münaqişələr dəstək verib.
FED-in gələcək faiz endirimləri və dolların zəifləməsi səbəbindən qızılın qiymətinin 2025-ci ilin birinci yarısınadək bahalaşamaqda davam edəcəyini gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 18 d. əvvəl
- 26 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























