Hindistan iyul ayında Rusiyadan neft idxalına görə Çini ötüb
İyul ayında Hindistan Rusiya neftinin alışında Çini ötüb və Rusiya Federasiyasından ən böyük neft idxalçısı olub.
Marja xəbər verir ki, bu barədə “The Times of India” öz mənbələrinə istinadən məlumat yayıb.
Xəbərə görə, iyul ayında Hindistan Rusiyadan neft idxalını illik müqayisədə 12% artırıb ki, bu da Cənubi Asiya respublikasının ümumi xarici alışlarının 44%-ni təşkil edərək gündəlik 2,07 milyon barellə rekord səviyyəyə çatıb. Xəbərdə tədarükün dəyəri göstərilmir.
İyulda Rusiyadan sonra İraq Hindistanın ikinci ən böyük neft tədarükçüsü olaraq qalıb. Hindistanın Yaxın Şərqdən neft alışı bu dövrdə 4% artaraq, regionun ümumi idxaldakı payını 40%-ə çatdırıb.
Çin Baş Gömrük İdarəsinin əvvəllər verdiyi məlumata görə, iyulda Rusiyadan Çinə neft idxalının həcmi iyun ayı ilə müqayisədə 11,5% azalaraq 7,45 milyon tona düşüb. Dəyər göstəricisi 4,46 milyard dollara (9,7%) geriləyib. Buna baxmayaraq, tədarük həcminə görə Rusiya Federasiyası Çinə neft ixrac edən 30-dan çox ölkə arasında birinci yeri tutmaqda davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
7 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
8 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 9 saat əvvəl
-
10 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























