Qlobal bankdan neftin qiymətilə bağlı bədbin proqnoz
Qlobal investisiya bankı Goldman Sachs 2025-ci il üçün Brent markalı neftin orta qiymət proqnozunu 82 dollardan 77 dollara endirib.Qlobal investisiya bankı Goldman Sachs Brent neftin qiyməti barədə proqnozunu aşağı salıb.
Marja xəbər verir ki, Goldman Sachs-ın analitikləri 2025-ci il üçün Brent markalı neft üzrə orta qiymət proqnozlarını 82 dollardan 77 dollara endiriblər.
Analitiklər OPEC-in bu ilin dördüncü rübündə neft hasilatını artırmasının gözlənildiyini qeyd ediblər.
Neft bazarı indi diqqətlərini OPEC üzvü Liviyada baş verənlərə yönəldib. Liviyanın şərqində hökumət "neft hasilatını və ixracını dayandırmaq" qərarına gəlib. Mərkəzi Banka və neft sərvətlərinə nəzarət uğrunda Tripolidə yerləşən hökumət ilə mübarizə aparan şərqi Liviyanın hökuməti bütün neft yataqları, terminallar və obyektlərdə fors-major vəziyyət elan edib.
Liviya iqtisadiyyatının neft gəlirlərindən asılılığı o deməkdir ki, bu sahəyə və neft gəlirinə nəzarət edənlər həm də ölkə iqtisadiyyatına təsirli şəkildə nəzarət edirlər. Hazırda ər iki tərəf öz maliyyə maraqlarını təmin etməyə çalışır.
Bakı vaxtı ilə saat 11:20-də Brent nefti 0,1% ucuzlaşma ilə 81,36 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 d. əvvəl
- 27 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI



























