970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasına yeni sədr təyin edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ziraat Bank Azərbaycan"ın Müşahidə Şurasına yeni sədr təyin edilib
iç səhifə xəbər şəkil altı (mobil)_32

Dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan “ ASC-nin Müşahidə Şurasına yeni təyinat olub.

Bu barədə Marja-ya Bankdan bildirilib.

Qeyd edilib ki, dövri yerdəyişmə planına uyğun olaraq “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının sədri Himmet Aksoy öz vəzifəsini Hüseyin Özuysala təhvil verib.

Hüseyin Özuysal peşəkar karyerasına 1994-cü ildən T.C. Ziraat Bankası A.Ş.-də başlayıb. Uzun illər bankda departament rəhbəri, qrup rəhbəri kimi vəzifələrdə çalışan  Özuysal, hazırda T.C. Ziraat Bankası A.Ş.-in İnsan Resursları üzrə İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır və bank sahəsində zəngin təcrübəyə malikdir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 9 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın  Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Hüseyin Özuysal Ziraat BankAzərbaycan
30.08.2024 17:25
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19