“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Yapon yenası həftənin əvvəlində Yaponiyanın rüblük ÜDM-i ilə bağlı yekun göstəricilərin proqnozların altında dərc olunmasından sonra dollar qarşısında dəyər itirir. USDJPY valyuta cütlüyü bugün 141.960 həddindən 143.070 həddinə qədər yüksəlib. Eyni zamanda, EURUSD 1.1090 səviyyəsindən 1.1070 səviyyəsinə kimi ucuzlaşıb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.14% artaraq 101.32 bənd təşkil edir.
Son rübdə Yaponiyanın ÜDM-i, yekun məlumatlara əsasən, illik ifadədə 2.9% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa). Proqnozlar isə 3.1%-lik artımın olması yönündə idi. Rüblük ifadədə artım 0.7% təşkil edib. Qeyd etmək lazımdır ki, ötən həftə Amerika valyutası yen qarşısında 2.7% ucuzlaşıb. Cümə günü açıqlanan məlumatlar isə ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayının proqnozların altında olduğunu göstərdi.
Yeni həftənin başlaması ilə qızılın qiyməti ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) qərarları ərəfəsində və dolların bir qədər bahalaşması sonunda ucuzlaşır. Səhər saatlarında dəyərli metal 2500$ səviyyəsindən 2487$ səviyyəsinə qədər ucuzlaşdı, hal-hazırda isə 2490$ həddində ticarət olunur.
Bu həftənin çərşənbə günü ABŞ-da inflyasiya göstəriciləri dərc olunacaq. Bazar iştirakçıları FED-in sentyabr ayında baş tuta biləcək faiz azaldılmasına dair daha çox ipucları əldə etmək ümidi ilə İstehlak Qiymətləri İndeksi göstəricilərinin dərc olunmasını maraqla gözləyirlər. Verilən məlumatlara əsasən, analitiklərin 71%-i tənzimləyici qurumun faiz dərəcəsini 5-5.25%-ə qədər, 29%-i isə 4.75-5%-ə qədər azalacağını proqnozlaşdırır.
Həftənin cümə axşamı Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklərin proqnozlarına əsasən mərkəzi bank uçot dərəcəsini 4.25%-dən 3.65%-ə qədər endirəcək. Həmçinin, həftə ərzində dərc olunacaq Almaniyada inflyasiyaya dair göstəricilər, Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi, Böyük Britaniyada İşsizlik Səviyyəsi, ölkə ÜDM-i və sənaye sektoruna dair rəqəmlər investorların diqqət mərkəzində olacaq digər əsas xəbərlərdir.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
43 d. əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
47 d. əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
-
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Dekabrda yaradılıb, 8 ayda ilk onluğa daxil olub - 10 manat kapitalı olan şirkət 32,3 milyon dollarlıq ixrac edib
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Ən çox oxunanlar
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI
“Modern Construction Group” nizamnamə kapitalını kəskin azaldır




























