Avqustda qlobal ərzaq qiymətləri düşüb
Qlobal ərzaq qiymətləri avqust ayında illik müqayisədə 1,1% azalıb.
Marja.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat verib ki, Qlobal Ərzaq Qiymətləri İndeksi avqust ayında bitki yağı və süd məhsullarına tələbatın artmasına baxmayaraq şəkər, ət və taxıl məhsullarına tələbatın azalması səbəbindən məhdud olsa da geriləyib.
FAO ərzaq məhsullarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən Qlobal Ərzaq Qiymətləri İndeksinin avqust ayı nəticələrini açıqlayıb. Müvafiq olaraq, indeks avqust ayında iyul ayına nisbətən 0,3 bənd azalaraq 120,7 bənd olub. Qlobal ərzaq qiymətləri illik müqayisədə (2023-cü ilin avqust ayı ilə müqayisədə) təxminən 1,1 faiz azalıb. Avqust ayında indeksin məhdud şəkildə enməsi şəkər, ət və taxıl məhsullarına tələbatın azalmasının bitki yağı və süd məhsullarına olan tələbat artımını üstələməsi ilə bağlıdır.
Əsas ixracatçı ölkələrdə, xüsusilə ABŞ və Argentinada yaxşı məhsul gözləntilər ilə əlaqədar olaraq Taxıl Qiyməti İndeksi avqust ayında əvvəlki aya nisbətən 0,5 faiz azalıb.
Bitki Yağı Qiymət İndeksi soya və günəbaxan yağlarının ucuzlaşmasına baxmayaraq palma yağının bahalaşması səbəbindən artıb. Buna görə Bitki Yağı Qiymət İndeksi avqust ayında əvvəlki ayla müqayisədə 0,8 faiz artıb.
Hindistan və Taylandda yüksək məhsuldarlıq və beynəlxalq neft qiymətlərindəki eniş sayəsində Şəkər Qiyməti İndeksi 4,7 faiz azalıb.
Eyni dövrdə FAO Süd Qiyməti İndeksi, süd tozu, pendir qiymətləri və yağ tələbindəki artımların təsirilə avqust ayında 2,2% artıb.
Ət Qiyməti İndeksi quş, mal-qara, qoyun və donuz ətləri qiymətlərindəki enişlə 0,7% azalma qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 d. əvvəl
- 24 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycan Özbəkistanda aldığı bankın rəhbərliyini yenidən formalaşdırır
-
1 saat əvvəl
Azərbaycanın fındıq ixracatçısı gəlirini kəskin artırıb - 98%-lik sıçrayış
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il “0”, bu il 43,9 milyon dollar - Yeni şirkət ixracda ilk beşliyə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
İlk onluqdadır, amma ixrac artımı kəskin yavaşıyıb
Aviaşirkətin ixracında kəskin sıçrayış
Tütün şirkətinin ixracı 40 milyon dolları keçib
Sentyabrın 30-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Azərbaycanın metallurgiya nəhəngi ixracda sürəti artırıb - 8 ayda xaricə 54 milyon dollarlıq məhsul satıb
Azərbaycanın şəkər şirkətinin ixracı 131% artdı
Azərbaycanın pambıq nəhənginin ixracı 100 milyon dolları keçib
Azərbaycanın ən böyük özəl ixracatçısının ixracı 3,3 dəfə artdı
“Azərkosmos” 36 ölkəyə 17,4 milyon dollarlıq xidmət göstərib
Azərbaycanın ən böyük 10 özəl ixracatçısı - ADLARI VƏ QAZANCLARI




























